www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  RƏŞAD
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
fbmlkod.tr.gg Zəngilan rayonuna həsr olunmuş internet səhifə
ANA SƏHİFƏ

Füzuli rayonu işğal olunmuş rayonlar arasında əhalisinin sayına görə, Ağdamdan sonra ikinci yerdə dayanır.

Rayonun sahəsi 1386 kvadrat kilometr, əhalisi isə 136 min nəfərdən çoxdur. Əhalinin bir hissəsi yaşayış məntəqələri işğal edildiyindən müvəqqəti olaraq Bakıda və respublikanın digər rayonlarında məskunlaşıb.

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq  sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Füzuli şəhərinin əsası 1827-ci ildə qoyulub və ilk adı Qarabulaq olub. Daha sonra Qaryagin qəzası adlanıb. Rayonu 8 avqust 1930-cu ildə təşkil olunub və Qaryagin adlandırılmışdır.

1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılıb.

Rayon ərazisindən  axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır

Məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri var.

Hazırda Füzuli rayonunun 22 yaşayış məntəqəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Bu yaşayış məntəqələri əsasən Arazboyunda – İranla sərhəddə yerləşir və bu yaşayış məntəqələrində ümumilikdə 55 min nəfərdən artıq əhali yaşayır. Əhalinin daha çox olduğu yaşayış məntəqələri Böyük Bəhmənli, Horadiz şəhəri, Kərimbəyli Əhmədbəyli kəndləridir.

Bundan başqa rayonun ərazisində Beyləqanla sərhəddə 2003-cü ildə Qayıdış adlı 11 qəsəbə inşa edilib. Bu qəsəbələrdə əsasən İmişli və Biləsuvar rayonlarında 1993-cü ildə salınmış çadır düşərgələrindən çıxarılan Füzuli məcburi köçkünləri məskunlaşdırılıb.

Bundan başqa, Zobcuq adlı ərazidə salınmış yeni qəsəbələrdə də məskunlaşma aparılıb. Hazırda bu qəsəbələrə əhalinin köçürülməsi prosesi gedir.

Füzuli rayonunda hazırda 2 şəhər (Füzuli və Horadiz şəhərləri) və 76 kənd var.

Füzuli rayonu haqqında respublika KİV-lərində dərc olunmuş yazılar

... Güllə sədaları altında Yeni Il....

... Füzulililər böyük fədakarlıq göstərirlər...

... Prezidentin çıxışı...

  ... Bir anın dəhşəti...

... Füzuli: bərpa və quruculuq işləri davam edir...

... O yerlərə bir də dönəcəyik...

... Ombudsman Füzulinin “Qayıdış” qəsəbələrinə səfər edib...

 

 

 

 





Bu sayfa hakkındaki son yorum:
Yorumu gönderen: elgun, 15.12.2011 17:57:05:
qedim mekan Fuzuli.... inshallah o torpaqlarda bir daha addimlayariq... qarqabazar ehline salamlar...

Yorumu gönderen: ............., 11.11.2011 17:43:20:
fuzuli.azersayt.com

Yorumu gönderen: aysel, 19.08.2011 15:22:21:
mende doguldugum zerger kendine getmek isterdim.cox gormek istiyirem oralari

Yorumu gönderen: sebuhi , 06.04.2011 18:33:57:
füzulinin xanlar küçəsini görmək istiyirəm

Yorumu gönderen: Faziıə, 30.03.2011 13:47:40:
Qarğabazar kəndini görmək istəyirəm

Yorumu gönderen: Vusal, 11.03.2011 10:20:07:
salam.men Fuzulimi chox sevirem ve omrumun sonuna kimi Fuzulimi terk etmeyeceyem.

Yorumu gönderen: Ikram Axundov, 12.01.2011 12:40:04:
men 1984 ci ilde Fizuli rayonu Qacar kendinde anadan olmusam cox isterdim cacar kendinde olum Fizuli rayonun en gozel istrahet etmeli kendidi Qacar kendi torpagina qurban olum. Ikram Isak oglu

Yorumu gönderen: Eliyevler, 08.12.2010 13:12:42:
shehid olmush Elesgerli kend sakini Eliyev Muzeffer Ershad ogiunu da elave edin.Xahis edirem haminin hisslerine hormet edin.

Yorumu gönderen: rustem, 13.11.2010 16:58:42:
qacqin adi bize yarawmir

Yorumu gönderen: Samir19, 11.11.2010 06:44:49:
Salam. men Fuzuliye merdinliye qayitmaq isdeyirem. insallah qayidariq da



Bu sayfa hakkında yorum ekle:
İsminiz:
Mesajın:
bu gün 23658 ziyaretçi (54749 klik) kişi burdaydı!
ELAN  
  Dəyərli dostlar! Rayonumuzun adı ilə bağlı internet portalın yaradılması üçün müstəqil domen axtardım. “.com”, “.net”, “.org”, “.biz” domenləri artıq alınmış durumda. Bu domenləri alanların Azərbaycanla heç bir əlaqəsi yoxdur. Mən buna görə www.fuzuli.info domenini satın aldım. Rayonumuz haqqında normal bir sayt yaratmaq üçün. Saytın dizaynını çətin də olsa dostlarımızın köməyi ilə hazırlamağa çalışıram. Sizin də köməyiniz olarsa, saytın hostinq məsələsini həll edə bilərik. Sayt texnologiyasından az-çox anlayışı olanlar yaxşı bilirlər ki hostinq olmazsa sayt görünməz. Materialları yerləşdirmək üçün hostinqin olması vacibdir. Sonda yeni saytda nələri görmək istərdiniz? Nələri təklif edirsiniz? Sizlərin də fikrini bilmək istərdik. Xahiş edirik ki fikir və təkliflərinizi bu e-mail adresinə yazasınız: r.m.suleymanov@gmail.com tel: 994 55 667 5072 ----
 
REKLAMLAR  
   
 
 
Cudi'den Azerbaycan'a Bir General
Cengiz Yücak

Toplumsal Dönüşüm Yayınları