www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  => Elxan mənim həyatımın bir hissəsi idi, güvənc yerim idi
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
Elxan mənim həyatımın bir hissəsi idi, güvənc yerim idi

İgid ölər, adı qalar.Torpaqlarımızın müdafiəsinə qalxan və bu yolda öz həyatlarını qurban verən qəhrəmanlarımız da məhz belələrindəndir. Ürəkləri vətən eşqilə döyünən, çiyinlərində vətəndaşlıq borcunun yükünü hiss edən vətən övladları öz əməlləri ilə əsl qəhrəmanlıq simvoluna çevrildilər, ölməzlik zirvəsini fəth etdi onlar. Heç bir çətinlikdən qorxmadan ölümün gözünə dik baxdı şəhidlərimiz. İndi cismən bizdən çox uzaqdadı onlar, ancaq ruhən bizlərlədir, xalqımızın yaddaşındadılar. Və hər zaman ürəklərdə yaşayacaq, xatirələri əziz tutulacaq bu igidlərin.

Qısa tanışlıq:

Zülfüqarov Elxan Qaçay oğlu 29 iyun 1954-cü ildə Füzuli rayonunun Hoğa (Üçbulaq) kəndində anadan olmuşdur. Səkkizillik təhsilini 1969-cu ildə 1 saylı orta məktəbdə almış, 1 saylı Yevlax şəhərində orta məktəbi bitirmişdir. 1971-ci ildə Mingəçevir Politexnik Texnikumuna daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılmış, 1974-cü ildə hərbi xidmətini Ukrayna Respublikasında başa vurmuş, yarımçıq qalmış təhsilini davam etdirmişdir. 1975-ci ildə Novosibirsk şəhər Milis Şöbəsinə təyinat alaraq, burada milis baş leytenantı rütbəsinə qədər yüksəlmişdir. 1988-ci ildə Qarabağ hadisəsi ilə əlaqədar olaraq vətənə qayıdır. 1992-ci ildə Ordu sıralarına qoşulur. Bölmə komandiri kimi Laçın, Qubadlı, Zəngilan, Füzuli bölgələrində bir çox əməliyyat keçirmişdir. Kapitan rütbəsinə qədər yüksələn E. Zülfüqarov 702 saylı hərbi hissədə kəşfiyyat komandirinin köməkçisi vəzifəsinə təyin edilir. 1994-cü ilin 5 yanvarında bir daha kəşfiyyata yollanır. Qeyri - bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirən Elxan Şükürbəyli kəndi uğrunda gedən döyüşdə qəhrəmanlıqla həlak olur.

Ailəli idi. Dörd övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir .

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Haqqında danışacağımız xalqımızın həyatını öz cavan ömründən üstün tutan, torpaqlarımızın ərazi bütövlüyünü qorumaq üçün həyatını bu yolda qurban verən Azərbaycanın şəhid Milli Qəhrəmanı Zülfüqarov Elxan Qaçay oğludur.

Milli Qəhrəmanın həyatı və keçdiyi döyüş yollarına daha yaxından varmaq üçün onun ailəsində olduq və ailə üzvləri ilə görüşdük. Gəlişimiz onları çox sevindirdi. Bizi əsl qonaqpərvərliklə qarşılayan qəhrəmanın həyat yoldaşı Lyudmila xanım onları yada saldığımız üçün Baş redaktor Mirbəşir Seyidzadəyə və bizə öz minnətdarlığını bildirdi və söylədi ki, vallah ürəyim elə doludur ki,açmağa yerim yoxdu.Sonra isə kövrək səsi ilə Elxanlı günlərinin xatirələrini bizə anlatdı:

Müsahibə:

Lyudmila xanım, tale Elxanı sizdən yaman tez aldı. Bu gün o sizdən çox uzaqdadı.Siz onu necə xatırlayırsınız,ümumiyyətlə Elxan necə həyat yoldaşı , ən əsası necə nisan idi?

-Elxan mənim həyatımın bir hissəsi idi, güvənc yerim idi. Valideynlərim Rusiyada yaşadığından , burda ona arxalanırdım. Elə bilirdim məndən uzağa getsə, lap tək qalaram. Daha fikirləşmirdim ki, bir ömür boyu tək qoyacaqmış məni.Nə yaxşı ki,özündən sonra 4 yadigar qoyub getdi mənə. 3 qız,bir oğul atasıydı Elxan. Üzünü görmədiyi oğlu indi onun adını daşıyır. Hərdən lap çaşıram, sanki Elxan oğlunun simasında yenidən yaşayır. Atasına elə bənzəyir ki...

O, nəinki ailədə, həm də qohumlar, dostlar arasında da çox hörmət qazanmışdı. Heç istəmirdi ki, kiminsə xətrinə dəysin, yaxud da kimsə biri-birindən küsülü qalsın. Həmişə istəyirdi hamı mehriban olsun. Çox humanist insan idi Elxan.

Necə oldu ki, o döyüşə yollandı?

-1988-ci ildə ermənilərin Azərbaycana işğalçı yürüşü zamanı Elxan vətənin taleyinə biganə qala bilmədi. Vətən sevgisi o qədər idi ki, bu insanda.Hətta müharibə başlayanda mən ona təklif etdim ki, bəlkə gedək Rusiyada yaşayaq.Müharibə bitəndən sonra qayıdarıq bura. O, mənə dedi ki,mən vətənimin dar günündə buranı necə tərk edə bilərəm?Sonra hansı üzlə qayıdaram məmləkətimə?Son nəfəsimədək mübarizə aparacam, qoymaram ki, torpağımız murdarların ayağı altında tapdalansın.Elə bu əqidə ilə də cəbhəyə yollandı. Hələ müharibənin ilk illərində o ətrafına könüllülər toplayaraq, kəşfiyyat qrupu yaratmağa başladı.

Laçın, Ağdam, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla döyüşdü Elxan.Polis olduğundan, bu sahədə böyük bacarığı var idi. Odur ki, onu kəşfiyyat komandiri təyin etmişdilər.

Elxanın döyüş yolu haqqında məlumatınız varmı? Bu haqda nə deyə bilərsiniz?

-Şəhid olandan sonra onunla bir yerdə döyüşən dostu İlham deyirdi ki,Elxan buranın təbiətinə yaxından bələd olduğundan dəfələrlə bizi düşmənin qurduğu tələdən sağ-salamat çıxarmışdı.Döyüş taktikasını da yaxşı bilirdi. Füzulinin Seyfəli, Alxanlı, Gövşanlı kəndləri ətrafında gedən döyüşlərdə göstərdiyi şücaət erməniləri lərzəyə salmışdı. Hətta onun başına pul da vəd etmişdilər.

Sonuncu döyüşü 1994-cü ilin 5 yanvarında oldu. Ermənilər Füzuli istiqamətində hücuma keçmişdilər. Elə həmin vaxt mərkəzə yanacaq aparan Elxan bir neçə döyüşçü yoldaşı ilə düşmənin həmləsinə tuş gəldi. Bu ölüm-dirim savaşında Elxan Zülfüqarov əsl igidlik göstərərək ermənilərin 10-a yaxın əsgərini məhv edir. 3yerdən yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etmir. Döyüş yoldaşı Nizami onu odun-alovun içərisindən çıxarıb təhlükəsiz yerə çıxarmaq istəyərkən Elxan razı olmayıb ki, mən uşaqları qoyub getsəm,hamı dağılacaq, məğlub olacağıq.Onları tərk edə bilmərəm. Son nəfəsində də mübarizə hissi onu tərk etmirdi, ətrafındakı əsgərləri də döyüşə ruhlandırırdı. Ancaq snayperdən atılan güllə Elxanın vətən eşqilə döyünən ürəyini qəfl susdurdu...

İndi Elxan həyatda yoxdu, amma onun adı yaşayır. Çünki o, Azərbaycanın Milli Qəhrəmanı adını daşıyır.

Mən Milli Qəhrəmanın həyat yoldaşı olmağımla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, bizlərə də səbr versin!

Mən sonda bu qəzetin Baş redaktoru Mirbəşir Seyidzadə başda olmaqla, bütün redaksiya üzvlərinə öz minnətdarlığımı bildirirəm. Ona görə ki, biz şəhid ailələrini yaddan çıxarmırlar və ən əsası şəhid Milli Qəhrəmanların cəmiyyətdə tanıdılması və təbliği ilə bağlı ciddi işlər görürlər

www.milliqahraman.az

 





Bu sayfa hakkındaki yorumlar:
Yorumu gönderen: SAMIR ZULFUQAROV, 11.10.2011, 22:31 (UTC):
MEN HEMISE EMIMLE FEXR ETMISEM



Bu sayfa hakkında yorum ekle:
İsminiz:
Mesajın:
bu gün 59256 ziyaretçi (131547 klik) kişi burdaydı!
ELAN  
   
Reklam  
   
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=