www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  => GÜLLƏ SƏDALARI ALTINDA YENI İL
  => Füzulililər böyük fədakarlıq göstərirlər
  => PREZİDENTİN ÇIXIŞI
  => Bir anın dəhşəti
  => Füzuli: bərpa və quruculuq işləri davam edir
  => O yerlərə bir də dönəcəyik...
  => Ombudsman Füzulinin “Qayıdış” qəsəbələrinə səfər edib
  => Qüdrət İsmayılzadə: “Ermənilərin Azıx mağarasında qazıntı aparmasından narahat olmağa dəyməz”
  => Füzuli düşmən qarşısında möhkəm sipərə çevrilib
  => Sakinlər Böyük Bəhmənliyə qəsəbə statusu verilməsini istəyirlər
  => Prezidentin Sərəncamı
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
Ombudsman Füzulinin “Qayıdış” qəsəbələrinə səfər edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Hanaa Singerlə birlikdə bu günlərdə Füzuli rayonuna səfər etmişdir. Səfərdə onu həmçinin Ombudsman Aparatının əməkdaşları və təsisatda fəaliyyət göstərən Uşaq Hüquqları Mərkəzinin nümayəndələri müşayiət edirdilər. Növbəti səfərdən məqsəd əvvəlki görüşlərində olduğu kimi, Füzuli rayonunun “Qayıdış” qəsəbələrində qaçqın və məcburi köçkün uşaqlarının vəziyyətini, həyat şəraitini, təhsil problemlərini öyrənmək, onların hüquqi maarifləndirilməsi, habelə əhali ilə görüş və daxil olmuş şikayət ərizələrini yerində araşdırmaq olmuşdur.

    Müvəkkil əvvəlcə 3 saylı orta məktəbə gəlmiş, orada H.Singerlə birlikdə Ombudsman Aparatı əməkdaşlarının və təsisatda fəaliyyət göstərən Uşaq Hüquqları Mərkəzi nümayəndələrinin bu təhsil ocağında “Qayıdış” qəsəbələrinin məktəbliləri üçün təşkil etdiyi interaktiv dərslərdə iştirak edərək, Uşaq Haqları Konvensiyasında və digər normativ-hüquqi aktlarda təsbit olunmuş hüquqlara dair suallar vermiş, onların fikirlərini dinləmiş, uşaqlara hüquqlarını izah etmişlər.

    Ombudsman 6 saylı məktəbdə UNİCEF-in və Nazirlər Kabineti Aparatının nümayəndələrinin, Füzuli Rayon İcra başçısının, rayon təhsil şöbəsi müdirinin, habelə müəllim-şagird kollektivlərinin iştirakı ilə görüş keçirmişdir. O çıxış edərək, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizin Füzuli bölgəsinin də əhalisinin insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulduğunu bildirmiş, fəaliyyətində əhalinin daha çox ehtiyaclı təbəqələrindən olan qaçqın və məcburi köçkünlərlə işin mühüm yer tutduğunu vurğulamışdır. Bu gün respublikamızda gənc nəslin, o cümlədən qaçqın və məcburi köçkün balalarının hərtərəfli inkişafı, təhsili, intellektual səviyyəsinin yüksəldilməsi, fiziki tərbiyəsi, zəngin mənəvi dəyərlərimiz və vətənpərvərlik ruhunda yetişməsi istiqamətində təsirli tədbirlərin görüldüyü diqqətə çatdırılmışdır.

    Müvəkkil ölkə Prezidentinin bir qədər əvvəl “Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncam imzaladığını, bu mühüm sənədin insan hüquqları və azadlıqlarının etibarlı təminatına, qanunun aliliyi prinsiplərinin bərqərar olunmasına təkan verəcəyini,Ombudsman Aparatında həmin Planın həyata keçirilməsi istiqamətində dövlət orqanları və QHT-lərin nümayəndələri ilə birlikdə müzakirələrin keçirildiyini söyləmişdir.

    Məcburi köçkün balalarının hüquqlarının qorunmasının prioritet məsələlər sırasında olduğunu vurğulayan Müvəkkil çıxışını interaktiv əsasda quraraq, uşaqlara ümumilikdə insan hüquqları, o cümlədən uşaq hüquqları, Uşaq Haqları Konvensiyası haqqında ətraflı məlumat vermişdir.O, bu Konvensiyanın uşaqlara öyrədilməsinin, ayrı-ayrı müddəalarının həyata keçirilməsinə onların cəlb edilməsinin vacibliyini qeyd etmişdir. Gündəlik zorakılığa qarşı mübarizənin təşkil edilməsi,bunun üçün vahid əsasda fəaliyyətin qurulması məqsədilə “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üçün Respublika Kompleks Proqramı”nın hazırlandığı diqqətə çatdırılmışdır.

    Tədbirdə çıxış edən H.Singer tədbir iştirakçılarına Ombudsman təsisatı ilə UNİCEF arasında qurulmuş səmərəli əlaqələr barədə məlumat vermiş, bu əməkdaşlığın Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm əhəmiyyət kəsb etdiyini söyləmişdir.

    Füzuli Rayon İcra Hakimiyyətinin başçısı analoji tədbirlərin dəyərli olduğunu bildirmiş, rayon əhalisinin Müvəkkilin daim diqqət və qayğısını hiss etdiyini nəzərə çatdırmışdır.

    Əsas çıxışlardan sonra uşaqlar təhsil və sağlamlıq hüquqları, uşaq hüquqları ümuminsan hüquqları kontekstində və iştirak hüququ, habelə uşaqların zorakılığa məruz qalmaması üzrə qruplarda müzakirələr keçirmişlər. Ombudsmanın nümayəndələri fasilitatorlar kimi, məktəblilərin dörd qrupa bölünərək hüquqi biliklərini nümayiş etdirdikləri təlim məşğələlərini aparmışlar.

    Uşaqlar ətraflı təqdimatlar hazırlamış, həmin təqdimatlar Müvəkkilin və digər tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.Təqdimatlar zamanı uşaqlar təhsil, səhiyyə və s. sahələrdə olan problemlər barədə məlumat vermişlər. Uşaqların söylədikləri fikirlərdən aydın olmuşdur ki, bəzi məktəblərdə Tarix və Coğrafiya fənləri üzrə müəllimlərin olmaması, dərslərin lazımi səviyyədə keçilməməsi səbəbindən uşaqların əlavə məşğələlərə getmək məcburiyyətində qalması, şagirdlərin, xüsusilə də qızların davamiyyət problemi, dərs ləvazimatının çatışmaması, uşaqlar üçün ödənişli səhiyyə xidmətləri, aztəminatlı ailələrdən olan uşaqların keyfiyyətli qidalanmaması, onlara sosial yardımların azlığı, həkim çatışmazlığı problemi, məktəblərdə tibb məntəqələrinin olmaması, ailədə uşaqların fikrinin bəzən nəzərə alınmaması, qızların ailədəki oğlanlarla müqayisədə daha çox ayrı-seçkiliyə məruz qalması şagirdləri daha çox narahat edən məsələlər sırasındadır.

    Müvəkkil uşaqların problemlərini diqqətlə dinləyib, aidiyyəti qurumlara müraciət edəcəyini söyləmişdir.O,tədbirə yekun vuraraq, uşaqlara hüquqlarını bilməyi, yaxşı oxumağı tövsiyə etmiş, tədbirdə təmsil olunmuş məktəblərə uşaq hüquqlarına dair müxtəlif vəsaitlər təqdim etmişdir.

    Sonra Ombudsman UNİCEF-in nümayəndəsi ilə birlikdə uşaq bağçasına da gedərək, məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyə işinin təşkili ilə maraqlanmış, onların qidalanması və sağlamlığı vəziyyətini öyrənmişdir.

    Səfər çərçivəsində Müvəkkil ünvanına daxil olmuş müraciətləri yerində araşdırmaq məqsədilə Fizuli rayonunun cəbhə xəttində yerləşən, bir müddət erməni işğalında qalmış Böyük Bəhmənli kəndində olmuşdur. Həmin müraciətlər Nazirlər Kabinetinin nümayəndəsinin, rayon icra hakimiyyəti başçısının və digər səlahiyyətli şəxslərin iştirakı ilə araşdırılmış,bir qismi yerində həll edilmiş, digərlərinin həlli üçün müvafiq qurumlara tövsiyələr verilmişdir.

    Sakinlər kənddə yeni stadionun salınmasını, xəstəxananın tikintisinin başa çatdırılmasını, torpaq bölgüsü zamanı yaranmış problemlərin aradan qaldırılmasını, Müdafiə Nazirliyindən müharibə veteranı statusu ilə bağlı müvafiq arayışın alınmasında yardımçı olmağı Müvəkkildən xahiş etmişlər.

    Böyük Bəhmənli kəndinin sakinləri göstərdiyi qayğı və diqqətə görə E.Süleymanovaya minnətdarlıqlarını bildirmişlər.

    Səfər zamanı qaldırılmış məsələlərin həlli üçün müvafiq nazirliklərə müraciət olunmuşdur.






Bu sayfa hakkında yorum ekle:
İsminiz:
Mesajın:
bu gün 59256 ziyaretçi (131549 klik) kişi burdaydı!
ELAN  
   
Reklam  
   
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=