www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  => GÜLLƏ SƏDALARI ALTINDA YENI İL
  => Füzulililər böyük fədakarlıq göstərirlər
  => PREZİDENTİN ÇIXIŞI
  => Bir anın dəhşəti
  => Füzuli: bərpa və quruculuq işləri davam edir
  => O yerlərə bir də dönəcəyik...
  => Ombudsman Füzulinin “Qayıdış” qəsəbələrinə səfər edib
  => Qüdrət İsmayılzadə: “Ermənilərin Azıx mağarasında qazıntı aparmasından narahat olmağa dəyməz”
  => Füzuli düşmən qarşısında möhkəm sipərə çevrilib
  => Sakinlər Böyük Bəhmənliyə qəsəbə statusu verilməsini istəyirlər
  => Prezidentin Sərəncamı
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
Sakinlər Böyük Bəhmənliyə qəsəbə statusu verilməsini istəyirlər

Redaksiyamıza Füzuli rayonunun Böyük Bəhmənli kənd sakinləri adından Musa Burcubay oğli İsmayılovun imzası ilə ölkə başçısının, parlament spikerinin, baş nazirin və Füzuli RİH – in başçısının ünvanına göndərilmiş etiraz məktubunun surəti daxil olub. Məktub redaksiyamıza müəllifin özü tərəfindən təqdim edildiyindən onun anonimliyinə heç bir şübhəmiz qalmadı. Üstəlik məktubu dərc etməkdənsə, məktub müəllifinin redaksiyaya gəlməsindən istifadə edib onun dilindən şikayətin məzmununu oxuculara təqdim etməyi üstün tutduq.

 

  - Kənd əhalisi adından yazılmış şikayət məktubunu niyə yalnız siz imzalamısınız?

 

- Bu məktubu mən imzalasam da məktubda qaldırılan məsələ bütün Böyük Bəhmənli camaatının istəklərini olduğu kimi əks etdirir. Məktubda göstərildiyi kimi, kəndimiz rayonun ən böyük yaşayış məntəqəsidir, orada 10 min nəfərdən çox insan yaşayır. Bütün göstəricilərinə görə, Böyük Bəhmənli kəndinə qəsəbə statusu düşdüyü halda, rayon rəhbərliyi bütün vasitələrlə bu statusu rayonun Bala Bəhmənli kəndinə vermək üçün süni əsaslar yaradılır. Biz də öz haqqımızı tələb edirik ki, qəsəbə statusu ilk növbədə Böyük Bəhmənli kəndinə verilməlidir. Bundan sonra hansı kəndə qəsəbə statusu vermək istəyirlərsə, buyursunlar.

 

- Sizcə, Bala Bəhmənli kəndi qəsəbə statusu almaq hüququna malik deyil?

 

Bəli, Böyük Bəhmənli kəndi ilə müqayisədə Bala Bəhmənli kəndi xeyli kiçikdir. Bala Bəhmənli kəndinə qəsəbə statusu vermək üçün ona yaxın olan bir neçə kəndi birləşdirmək qərarına gəlib rayon rəhbərliyi. Bizim kəndin camaatı isə bu cür süni adverməni heç cür normal qarşılamır və buna öz etirazlarını bildirirlər. Ona görə də ölkə başçısına və digər yüksək instansiyalara şikayət məktubu ilə müraciət etmişik. Xahiş edirik ki, qəsəbə statusu öncə Böyük Bəhmənliyə verilsin və Bala Bəhmənli kəndinə bu statusun verilməsinə bundan sonra baxılsın. Rayon rəhbərliyi isə kənd əhalisinin müraciətinə heç bir əhəmiyyət vermir və öz maraqları naminə xalqı narazı salırlar.

 

-  Bala Bəhmənli kəndinə qəsəbə statusu vermək rayon rəhbərliyi üçün niyə daha vacibdir?

 

- Rayon rəhbərliyinin Bala Bəhmənli kəndinə qəsəbə statusu verilməsində nə üçün maraqlı olduqlarının xeyli səbəbləri var. Bunları sadalamaq istəmirəm. Ancaq bir şeyi dəqiq bilirəm ki, Bala Bəhmənli kəndinə qəsəbə statusu verilməsi, kənd əhalisindən daha çox rayon rəhbərliyinin bir sıra xırda maraqlarına xidmət edir. Eyni zamanda ölkə rəhbərliyinə yalan məlumat verilir və yanlış qərar qəbul olunmasına hazırlıq gedir. Biz bu cür yanlış qərarın qəbul olunmasını istəmirik. İstəyirik ki, rayonda hər şey düz və xalqın tələbinə uyğun şəkildə getsin, ölkə rəhbərliyinə yalan məlumatlar əsasında qərar verdirmək istəyənlərin fırıldağı baş tutmasın. /PARALEL/

bu gün 78954 ziyaretçi (183996 klik) kişi burdaydı!
ELAN  
   
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol