www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
XƏBƏRLƏR
XƏBƏR
Vitse-spiker hökuməti Füzuli rayonunun inkişafına diqqət göstərməyə çağırdı
Modern.az tarih 23.11.2011, 17:29 (UTC)
 Milli Məclisdə büdcə müzakirələri zamanı vitse-spiker, Füzuli rayonundan deputat seçilmiş Bahar Muradova regionların sosial iqtisadi inkişafı məsələsinə toxunub. Modern.az xəbər verir ki, Azərbaycanın inkişafının göz önündə olduğunu vurğulayan vitse-spiker buna misal olaraq Fizulinin Horadiz qəsəbəsinin adını çəkib.

“Horadiz bütün tərəfləri ilə böyük bir şəhərə çevrilir. Cənab Prezident də regiona gedərkən bildirmişdi ki, biz Horadizi böyük bir şəhərə çevirməliyik”.

Lakin Bahar Muradova burada indiyəcən əksər dövlət qurumlarının inzibati binasının olmadığını vurğulayıb.

“İndiyə qədər Fizulidən olan dövlət qulluqçuları bu məsələni qabartmayıb. Çünki onlar məcburi köçkünlərin məskunlşaması məsələsinə diqqət yetiriblər və fikirləşiblər ki, onların da məskunlaşmağa yeri olsun”.

Məsələni ayrı-ayrı dövlət qurumları ilə daxili yazışma yolu ilə həll etməyə çalışdığını deyən vitse-spiker deyib, daxili yazışma nəticəsiz qaldığından bu barədə Milli Məclisdə danışmağa məcbur olub.

“Bu məsələ ilə bağlı ayrı-ayrı dövlət qurumlarına müraciət edirəm ki, Prezidentin çağırışına səs vermək lazımdır. Bunu təkcə Fizuli mənim seçildiyim rayon olduğu üçün diqqətə çatdırmaq istəmirəm. Fizuli inzibati yer deyil, həm də siyasi bir yerdir, cəbhə xəttində olan rayondur. Ona görə bura diqqəti artırmaq lazımdır. İnzibati bina məsələsini mütləq həll etmək lazımdır. Dövlət qulluqçuları müraciət etməsə belə, mən müvafiq dövlət qurumlarına müraciət edirəm ki, həmin qurumların Fizulidə binaları olsun”.

Bununla bağlı büdcədən əlavə vəsait istəmədiyini qeyd edən Bahar Muradova bildirib: “Dövlət orqanlarına, nazirliklərə ayrılan pullar hesabına Horadizdə müvafiq binaların tikilməsini istəyirəm. Başqa rayonlarda binaların tikintisini nəzərdə tutmusunuzsa, dəyişin, Fizuli rayonunda, Horadizdə tikin. Mən çox təşəkkür edirəm ki, Milli Təhlükəsizlik Nazirliyi mənim bu çağırışıma yerindəcə cavab verdi. Artıq orda inzibati bina tikilir. Daxili işlər Nazirliyi də dərhal cavab verdi və bildirdilər ki, tikillicək. Baş Prokrorluq münasib cavab verib, amma nə vaxt tikiləcəyi bilinmir. Misir Mərdanov da rayonda təhsil şöbəsinin tikilməsi ilə bağlı münasibət bildirib”.

B.Muradova vurğulayıb ki, müəyyən nazirliklər var ki, onların mütləq Fizulidə inzibati binaları olmalıdır. “Məsələn, Vergilər Nazirliyi, İqtisadi Inkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyinin müvafiq qurumları, Milli Arxiv İdarəsi – bu qurumların həmin yerdə mütləq inzibati binaları olmalıdır”.

Sonra vitse-spiker Qarabağ yolu ilə bağlı məsələni qaldırıb. Qeyd edib ki, Bəhrəmtapə-Füzuli-Horadiz yolu bərbad vəziyyətdədir.

“Hesab edirəm ki, Qarabağa gedən yol mütləq bərpa olunmalıdır. Buranın təmirə ehtiyacı var. Bundan əlavə, orada olan iki məktəbin təmirə ehtiyacı var. Eyni zamanda Molla Məhərrəmli kəndində məktəb yoxdur və orada orta məktəb tikilməlidir”.

Bahar Muradova universitet yataqxanalarının ali məktəblərə qaytarılmasını istədiyini vurğulayıb. “Ancaq bunun üçün ilk növbədə həmin yataqxanalarda məskunlaşan insanların həyat şəraiti yaxşılaşdırılmalıdır”.
 

Avropa Birliyi ölkələrinin Azərbaycandakı səfirləri Füzuli rayonunda olublar
APA tarih 02.11.2011, 12:10 (UTC)
 Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi AB ölkələri səfirlərinin Füzuli rayonuna səfəri ilə bağlı rəsmi açıqlama yayıb. Nümayəndəliyin rəhbəri Roland Kobia adından APA-ya göndərilən açıqlamada deyilir:

“Səfirlərin Azərbaycanın regionlarına səfər etmək təşəbbüsünün bir hissəsi olaraq cari ilin 31 oktyabr və 01 noyabr tarixlərində Avstriya, Belçika, Bolqarısan, Çex Respublikası, Finlandiya, Almaniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Polşa, Birləşmiş Krallıq və Avropa Birliyi nümayəndəliyinin səfirləri, təmsilçiləri Füzuliyə rəsmi səfər ediblər. Səfər zamanı səfirlərin cəbhə xəttindəki vəziyyətlə tanışlıq, regionda yaşayan sakinlər və məcburi köçkünlərlə görüşüb, onların problemlərini müzakirə etmək imkanı olub. Səfər zamanı cəbhə xəttindəki cari vəziyyəti birbaşa görüb, cəbhə xəttinə yaxın yaşayan insanların üzləşdiyi məhdudiyyətləri və çətinlikləri hiss etdik. Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll olunmasında AB-nin maraqlı olduğunu, sülh bərqərar olduqdan sonra münaqişədən zərər çəkmiş ərazilərin bərpasına, tərəflər arasında etimadın qurulmasına və onun qorunmasına AB-nin yardım göstərməyə hazır olduğunu biz bu səfərlə bir daha vurğuladıq”.

Səfirlər Füzuli rayon İcra Hakimiyyətinin başçısı, rayon sakinləri, məcburi köçkünlər, QHT-lər və özəl sahibkarlarla görüşlər keçiriblər.
 

Füzuli rayonunda indiyədək görünməmiş məzar tapıldı
Lent.az tarih 03.08.2011, 06:08 (UTC)
 Füzuli rayonunda yerləşən Şeyx Babı xanəgahında iyul ayının əvvəllərindən arxeoloji qazıntılara başlanılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan Lent.az-a verilən məlumatda bildirilir ki, Şeyx Babı xanəgahı Azərbaycan memarlığının ən möhtəşəm abidələrindən biridir. Bu kompleks indiyədək türbə və yarıuçuq minarədən ibarət olub. Türbəni memar Əli Məcidəddin 1373-1374-cü illərdə sufi şeyxi Babı Yaqubun şərəfinə inşa edib. 2011-ci ilin iyul ayından burada Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Füzuli arxeoloji ekspedisiyası tərəfindən arxeoloji qazıntı işləri aparılır. Təqribən 1100 kvadratmetr ərazini əhatə edən qazıntılar zamanı 576 kvadratmetr sahəsi olan XIV əsrə aid ictimai bina qalıqları və yeraltı məqbərə aşkar olunub.

Ekspedisiyanın rəhbəri Xəqani Alməmmədovun bildirdiyinə görə, burada 14-cü əsrə aid 6 daş qutu məzar aşkarlanıb ki, bu cür qəbir növünə indiyədək Azərbaycanda aparılmış arxeoloji qazıntılar zamanı rast gəlinməyib. Bu məzarlar, xüsusi kərpiclərlə və daşlarla tikilib, kaşı ilə bəzədilib. Məzarlardan məlum olur ki, onlar əsasən döyüşçü qəbirləridir. Onlardan birində başsız skelet, birində skeletlə yanaşı ox ucluqları tapılıb. Burada qazıntılarla bərabər bərpa-konservasiya işlərinin də həyata keçirilməsi planlaşdırılır.
 

Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları Bala Bəhmənli Tarix muzeyində olub
Rəşad tarih 01.08.2011, 13:21 (UTC)
 Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları Horadiz Sərhəd Dəstəsində qoşun təcrübəsində olduğu müddətdə Bala Bəhmənli kənd Tarix Diyarşünaslıq muzeyində ekskursiyada olublar. Muzeyin direktoru Elçin Əsədovun saytımıza verdiyi məlumata görə, kursantlara muzeydə hərb tariximizə aid tarixi məlumatlar verilib. Onlar bizim eradan əvvəl III minillik tunc dovrü müxtəlif silahlarla (əsasən tunc xəncərlərlə) və eradan əvvəl IIV əsrdən başlayaraq istifadə edilmiş müxtəlif təyinatlı ox ucluqları tanış olublar. Muzeydə saxlanılan qılınclar kursantlarda daha böyük maraq oyadıb. Üzərində möhürlənmiş səkkiz guşəli ulduzu olan qılınc eksponatların ən maraqlısı sayılıb.
 

Füzuli rayonunda 14-cü əsrə aid abidələr aşkarlanıb
APA tarih 01.08.2011, 13:14 (UTC)
 Azərbaycanın Füzuli rayonunun Babı kənd qəbiristanlığında yerləşən Şeyx Babı Yaqub türbəsində arxeoloji qazıntılar zamanı qədim karvansara və qədim qəbirlər aşkarlanıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, 14-cü əsrə aid (1372-1374) Şeyx Babı Yaqub türbəsinin ətrafında iyul ayının əvvəllərində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında arxeoloji qazıntılara başlanıb. Tədqiqatlar nəticəsində türbənin yaxınlığında 14-cü əsrə aid daha bir tarixi abidənin qalıqları aşkarlanıb ki, ehtimala görə, bura əvvəlcə karvansara, daha sonra isə məscidə çevrilmiş tikili olub. Füzuli Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov APA-nın Qarabağ bürosuna bildirib ki, aşkarlanmış abidə qalıqları “Şeyx Babı Xanəgahı” adlanır: “Burada 14-cü əsrə aid 6 daş qutu məzar aşkarlanıb ki, bu cür qəbir növünə indiyədək Azərbaycanda aparılmış arxeoloji qazıntılar zamanı rast gəlinməyib. Bu məzarlar, xüsusi kərpiclərlə və daşlarla tikilib, kaşı ilə bəzədilib. Məzarlardan isə məlum olur ki, qəbirlər əsasən döyüşçü qəbirləridir. Onlardan birində başsız skelet, birində skeletlə yanaşı ox ucluqları tapılıb”.
X. Alməmmədov bildirib ki, bu tarixi abidələrdə Sovet tarixçiləri tərəfindən də araşdırmalar aparılıb. İndiyədək burada aşkarlanan qalıqlar daha çox hamam binası kimim qələmə verilib. Amma son bir ayda həmin qalıqlarda aparılan qazıntılar zamanı bu tikililərin hamam deyil, qəbir-məqbərə olduğunu müəyyən edilib.
X. Alməmmədov onu da bildirib ki, qazıntı işləri tamamlandıqdan sonra abidələrin üzərində təmir bərpa işlərinin aparılması nəzərdə tutulub. Şeyx Babı Yaqub türbəsinin yaxınlığında isə daha bir tarixi abidənin tədqiqi üçün yeni arxeoloji qazıntı işlərinə başlanması gözlənilir.
 

Prezident Füzuli rayonunda 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 7 milyon manat ayırıb
Rəşad tarih 13.07.2011, 16:42 (UTC)
 Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 16 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əhmədbəyli-Alxanlı-Zobucuq avtomobil yolunun tikintisi məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən 7,0 (yeddi) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.
 

<- Geri  1  2  3  4  5  6  7 Devam -> 
bu gün 79326 ziyaretçi (185312 klik) kişi burdaydı!
ELAN  
   
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol