www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
XƏBƏRLƏR
XƏBƏR
Prezident «Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında» Qanununun tətbiqi barədə sərəncam imzalayıb
Rəşad tarih 25.06.2009, 17:17 (UTC)
 Prezident İlham Əliyev “Azərbaycan Respublikası Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında” Qanununun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, 1 ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikası Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında” qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etsin. Həmçinin öz səlahiyyətləri daxilində qanundan irəli gələn digər məsələləri həll eləsin.
 

İordaniya Minalardan Təmizləmə və Reabilitasiya üzrə Milli Komitəsinin sədri Horadiz şəhərində olub
Rəşad tarih 04.05.2009, 12:29 (UTC)
 Azərbaycana səfəri çərçivəsində İordaniyanın Minalardan Təmizləmə və Reabilitasiya üzrə Milli Komitəsinin sədri Mired Raad əl-Hüseyn mayın 4-də Füzuli rayonunun Horadiz şəhərində olub. «MilAz» İA-nın məlumatına görə, İordaniya nümayəndə heyəti öncə Füzuli rayonunda şəhidlərə ucaldılmış abidəni ziyarət edib. Daha sonra Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) bazasına səfər edən nümayəndə heyəti ANAMA-nın həyata keçirdiyi əməliyyatlarla yerində tanış olublar.

 

Horadiz əməliyyatından 15 il ötür
www.milaz.info tarih 06.01.2009, 08:57 (UTC)
 Bu gün Azərbaycanın müasir hərb tarixinin ən önəmli hadisələrindən – Horadiz əməliyyatından 15 il ötür.
«MİLAZ» İA-nın məlumatına görə, 1993-cü ilin noyabr ayında Ermənistan hərbi birləşmələrinin Araz çayı boyunca Beyləqana doğru hücumunu dayandıran Azərbaycan Silahlı Qüvvələri 1994-cü il yanvarın 5-də Araz çayı sahilindəki Bala Bəhmənli və Əhmədbəyli kəndlərindən iki istiqamətdə – Araz çayı boyunca Horadiz qəsəbəsi və şimala – Kürdmahmudlu, Qaraxanbəyli kəndləri istiqamətində əks hücuma başlayıb. Yanvarın 5-dən 6-a keçən gecə Füzuli rayonunun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndi düşməndən təmizlənib. Ermənilər bu kənddə 5-dən artıq zirehli texnika, onlarla canlı qüvvə itirib. Bir gün sonra Horadiz qəsəbəsi düşməndən azad edilib.
Horadiz əməliyyatında Müdafiə Nazirliyinin motaatıcı briqadaları ilə yanaşı Daxili Qoşunlar, Sərhəd Qoşunları, Xüsusi Təyinatlı Polis Dəstəsi, xüsusi təyinatlı «A» qrupu, Füzuli və Qubadlı rayon polis şöbələrinin əməkdaşları, könüllü taborlar iştirak edib.
Əməliyyat nəticəsində Füzuli rayonunun 18 kəndi və Horadiz qəsəbəsi, həmçinin Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndi düşməndən təmizlənib.
 

Prezident Horadizdə tibb mərkəzinin tikintisi ilə tanış olmuşdur
AzərTAc tarih 06.10.2008, 11:07 (UTC)
 Oktyabrın 4-də Prezident İlham Əliyev Horadiz şəhərində tibb mərkəzinin tikintisinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin başçısı mərkəzin baş planına baxdı.
Tikintinin təməlini bu ilin aprelində Prezident İlham Əliyev qoymuşdur. Gələn il istifadəyə veriləcək üç korpusdan ibarət mərkəzdə qəbul otağı, stasionar şöbə, rentgen kabineti, laboratoriya, əməliyyat bloku, reanimasiya və doğum şöbələri olacaqdır. Mərkəzin daimi elektrik enerjisi təchizatı, qazanxana və camaşırxanası olacaqdır. İnşaat işlərində yerli sakinlər çalışır.
Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilən və ən müasir tibbi avadanlıqla təchiz ediləcək mərkəzdə ətraf bölgələrdən gələnlərə də tibbi xidmət göstəriləcəkdir.
Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi, inşaatçılara uğurlar arzuladı. Eyni zamanda, bildirdi ki, rayondaxili yolların, o cümlədən Horadiz şəhərini 4 kəndlə birləşdirən yolun bərpası, rayon icra hakimiyyəti üçün yeni binanın tikintisi, evlərin bərpası və digər vacib məsələlərin həlli üçün əlavə vəsait ayrılacaqdır.
 

Prezident İlham Əliyev Füzuli, Beyləqan və Ağdamda olub
APA tarih 04.10.2008, 09:26 (UTC)
  Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib.


Lent.az-ın məlumatına görə, dövlət başçısını və xanımı Mehriban Əliyevanı Horadiz şəhərində minlərlə insan qarşılayıb. Prezident əvvəlcə Heydər Əliyev parkında Heydər Əliyevin abidəsini ziyarət edib, sonra parkla tanış olub.
Ölkə başçısına bildirilib ki, son aylarda parkda yenidənqurma işləri aparılıb, təzə yaşıllıq zolaqları salınıb. Horadiz şəhərinin ən uca nöqtəsində Azərbaycanın dövlət bayrağı ucaldılıb.
Prezident Horadiz şəhərinə təbii qazın verilməsinin bərpa olunması ilə bağlı mərasimə qatılıb, Ağdam, Ağcabədi, Beyləqan və Füzuli rayonlarının, o cümlədən Horadiz şəhərinin qaz təchizatı sxemi ilə tanış olub.

“Azəriqaz” QSC-nin sədri Əlixan Məlikov məlumat verib ki, layihənin birinci mərhələsində təxminən 69 kilometr uzunluğunda qaz kəmərinin çəkilməsi nəzərdə tutulub. Horadiz şəhərində qazpaylayıcı xəttin uzunluğu 8600 metr olacaq. İndiyədək 6 min metr qaz xətti çəkilib, bütövlükdə 2050 evin qazlaşdırılması nəzərdə tutulur. Hələlik 300 evə mavi yanacaq verilir.

Prezidentə ümumən respublikada qazlaşdırmanın vəziyyəti barədə də məlumat verilib. Bildirilib ki, 2008-ci ildə Azərbaycanda 1374468 abonentə qaz verilib ki, bu da 83,6 faiz deməkdir. 2013-cü ilə qədər həmin abonentlərin sayının 1484622-yə çatdırılması nəzərdə tutulur. Təbii qazdan istifadə edən əhalinin evlərində və mənzillərində 1105715 sayğac qoyulub.

Lent.az-ın Qarabağ müxbiri bildirib ki, prezident Füzulidən Beyləqana gedib. Dövlət başçısı orada xocavəndli məcburi köçkünlər üçün inşa olunan yeni qəsəbə ilə tanış olub. Oradan Ağdama gedən prezident Quzanlı qəsəbəsinə mavi yanacağın verilməsi mərasimində iştirak edib.
 

Füzuli və Cəbrayıl rayonlarının işğalı nəticəsində Azərbaycana 9 milyard dollar ziyan dəyib
AzərTAc tarih 01.09.2008, 14:20 (UTC)
 Avqustun 23-də Füzuli və Cəbrayıl rayonlarının Ermənistan tərəfindən işğalının15-ci ildönümü ilə əlaqədar həmin rayonlardan olan məcburi köçkünlər Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Xatırladaq ki, 1993-cü il avqustun 15-dən genişmiqyaslı hərbi əməliyyatlara başlamış erməni işğalçı qüvvələri bir neçə gündə Cəbrayılın və Füzulinin kəndlərini işğal etmişlər. Avqustun 23-də isə rayon mərkəzləri ermənilərin nəzarətinə keçmişdir.
Bu rayonların işğalı nəticəsində Azərbaycana 9 milyard dollardan çox maddi ziyan dəymişdir.
 

<- Geri  1  2  3  4  5  6  7 Devam -> 
bu gün 78951 ziyaretçi (183993 klik) kişi burdaydı!
ELAN  
   
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol