www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
XƏBƏRLƏR
XƏBƏR
Ombudsman Füzuli rayonunun fəxri sakini adına layiq görülüb
Rəşad tarih 08.08.2008, 12:27 (UTC)
 İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Füzuli rayonunun fəxri sakini adına layiq görülüb. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Füzulinin Horadiz şəhərində İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) ilə bağlı keçirilən ictimai dinləmə zamanı məlumat verilib.
Tədbirdə rayonun icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmə, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli QHT, KİV, habelə məcburi köçkün əhalinin və başqa icmaların nümayəndələri iştirak ediblər.
 

Füzulidə dəfinə tapılıb
lent.az tarih 30.06.2008, 10:22 (UTC)
 Füzuli rayonunun Əhmədalılar kəndi ərazisində kənd təsərrüfatı işləri aparılarkən dəfinə tapılıb. Bu barədə lent.az saytına Füzuli rayon Bala Bəhmənli Tarix Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov məlumat verib.
E.Əsədovun sözlərinə görə, kənd sakinləri tərəfindən tapılmış dəfinədə toplu halda qədim dövrlərə aid mis pullar olub. Sakinlər tapdıqları pulları muzeyə təhvil veriblər. Bu günlərdə həmin pullar Azərbaycan Milli Elmlər Akademiyasında tədqiq olunub və rəy verilib. E.Əsədov tapılmış pulların Atabəylər dövrünə aid olduğunu bildirib: “Bunlar Atabəylər dövrünə aid müxtəlif nominallarda mis sikkələrdir. Həmin sikkələr Atabəylərin müxtəlif hökmdarlarının adına Təbrizdə zərb olunub. Eyni zamanda, dəfinədə monqollar dövrünə aid mis pullar da var”.
E.Əsədovun sözlərinə görə, Bala Bəhmənli Tarix Diyarşünaslıq Muzeyində saxlanılan ən qədim pul miladın 5-ci əsrində Sasani hökmdarı Xosrov Ənuşirəvanın adına zərb olunmuş gümüş sikkədir. Bu pul Füzuli rayonunun Böyük Bəhmənli kəndindən tapılıb.
Qeyd edək ki, 2004-cü ildən şəxsi muzey kimi fəaliyyət göstərən Bala Bəhmənli Tarix Diyarşünaslıq Muzeyi 2006-cı ildə dövlət statusu alıb. Muzeydə 700-dən artıq tarixi əşya saxlanılır. Muzeydəki ən qədim əşyalar orta tunc dövrünə aiddir və təxminən 4500 yaşı var.

www.lent.az
 

Füzulidə böyük quruculuq işləri aparılır
http://fuzulim.tr.gg tarih 18.06.2008, 12:13 (UTC)
 Yaxın bir il ərzində Füzuli rayonuna təbii qazın verilməsi, yeni içməli su xəttinin çəkilməsi, 1500 evin bərpa edilməsi, orta ixtisas məktəbinin açılması, 30 subartezian quyusunun qazılması planlaşdırılır. Bu barədə saytımıza Füzuli rayon İcra Hakimiyyətindən məlumat verilib.
İcra hakimiyyətindən bildirilib ki, Füzulidə məcburi köçkünlər üçün hər cür şəraiti olan 4211 ailəlik 16 qəsəbə salınmış, 9 məktəb binası və 8 tibb müəssisəsi tikilib, 21 məktəb binası və 11 tibb müəssisəsi bərpa olunub. İşğal dövründə dağıdılmış və yandırılmış 4 minə yaxın ev bərpa olunaraq istifadəyə verilib. Əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə 5250 ailəyə torpaq payı verilib, 300-dən artıq kəndli-fermer təsərrüfatı yaradılıb. Hazırda rayon ərazisində 21 min başdan çox qaramal, 70 min başa yaxın davar saxlanılır, bostan-tərəvəz məhsulları becərilir, 25 min tona qədər taxıl yığılır ki, bu il taxıl istehsalı 50 min ton civarında gözlənilir.
Qeyd edək ki, Füzuli rayonu 1993-cü ilin avqust ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Hazırda rayonun işğaldan azad olunmuş ərazisində 65 min nəfərə yaxın (ümumi əhalinin 65%-dən çoxu) əhali yaşayır.
 

Azərbaycan Hərb Tarixi Muzeyinə qədim dövrlərdə istifadə olunan döyüş sənəti nümunələri təqdim olunub
www.milaz.info tarih 10.06.2008, 16:29 (UTC)
 Bu gün Füzuli rayon Bala Bəhmənli kənd Tarix Diyarşünaslıq Muzeyi tərəfindən Azərbaycan Hərb Tarixi Muzeyinə qədim dövrlərdə istifadə olunan döyüş sənəti nümunələri təqdim olunub.
Milaz.info-ya bu barədə muzeyin müdiri Elçin Əsədov məlumat verib.
E.Əsədovun sözlərinə görə, Hərb Tarixi Muzeyinə təqdim olunmuş əşyalar arasında eramızdan əvvəl ikinci əsrdə sarmatlar tərəfindən istifadə olunmuş oxu ucluqları və 13-cü əsrin əvvəllərində monqollara aid ox ucluqları olub.
Füzuli Tarix Diyarşünaslıq Muzeyi Muzeyində saxlanılan qədim döyüş eksronatlarının digər nümunələrindən də Hərb Tarixi Muzeyinə verilməsi nəzərdə tutulur: «Zobucuq qəsəbəsi tikilən vaxt oradan çoxlu sayda qədim döyüş sənəti nümunələri tarılıb. Bunların arasında qədim skiflərə, sarmatlara məxsus olan döyüş at bəzəkləri, nizə və qılınc, ox atanların istifadə etdikləri xüsusi üzüklər də var».
Qeyd edək ki, 2004-cü ildən şəxsi muzey kimi fəaliyyət göstərən Bala Bəhmənli Tarix Diyarşünaslıq Muzeyi 2006-cı ildə dövlət statusu alıb. Muzeydə 700-dən artıq tarixi əşya saxlanılır. Muzeydəki ən qədim əşyalar orta tunc dövrünə aiddir və təxminən 4500 yaşı var.

 

Cəbhə xəttində tibb mərkəzi tikilir
www.ganca.az tarih 03.06.2008, 11:02 (UTC)
 Füzulinin Böyük Bəhmənli kəndində ümumrayon tibb mərkəzi inşa olunur. Mərkəz istismara verildikdən sonra burada əhaliyə kliniki, diaqnostik və müalicə xidmətləri göstəriləcək.
Hazırda tikintidə 70 nəfərdən çox yerli sakin çalışır. Yaxın vaxtlarda burda işləyənlərtin sayının 2 dəfə artacağı gözlənilir. Tibb mərkəzi tam əsaslı təmirdən sonra sərhəd bölgəsinin sakinlərinin istifadəsinə verilərək ən yüksək səviyyədə əhaliyə xidmət edəcək.

 

Ermənilərin törətdiyi yanğınlar nəticəsində Azərbaycanın Ağdam və Füzuli rayonlarının ətraf mühitinə 40 min manatadək zərər dəyib
APA-Economics tarih 03.06.2008, 10:53 (UTC)
 Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ermənilər tərəfindən bir necə gün əvvəl Ağdam və Füzuli rayonlarının işğal altında olan ərazilərində törədilmiş yanğınlar nəticəsində ətraf mühitə dəyən ziyanı müəyyənləşdirib.
Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, mayın 27-də Ağdam rayonunun işğal altında olan Soltanlı, Nəmirli, Novruzlu, Sarıcalı kəndlərində 20 hektardan çox ərazi erməni işğalçıları tərəfindən yandırılıb. ETSN-in Ağdam rayon ekologiya və təbii sərvətlər şöbəsinin mütəxəssislərinin apardığı araşdırmalar zamanı torpağın üst münbit qatının yanması nəticəsində ətraf mühitə 22 min, bitki örtüyünə 2,2 min, atmosferə isə 1,1 min manat ziyan dəydiyi müəyyənləşdirilib. Ümumilikdə, Ağdam rayonu üzrə ətraf mühitə 25,3 min manat ziyan vurulub.
Mayın 30-da Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan və Horadiz kəndlərində ermənilər tərəfindən törədilən yanğınlar zamanı 120 hektar sahədə bitki örtüyü və torpağın üst münbit qatı tamamilə yanıb, atmosferə xeyli miqdarda zərərli maddələr atılıb və ərazidəki fauna növləri yanaraq məhv olub. Mütəxəssislərin hesablamalarına görə, təbii otlaq sahələrinin və torpağın üst münbit qatının yanması nəticəsində ətraf mühitə 13,2 min, atmosferə 318 manat ziyan dəyib. Ümumilikdə, Füzuli rayonunda törədilmiş yanğınlar nəticəsində ətraf mühitə 13,518 min manat ziyan dəydiyi müəyyən edilib.
 

<- Geri  1  2  3  4  5  6  7 Devam -> 
bu gün 60489 ziyaretçi (134411 klik) kişi burdaydı!
ELAN  
   
Reklam  
   
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=