www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
XƏBƏRLƏR
XƏBƏR
PREZIDENT İLHAM ƏLIYEV APRELIN 18-DƏ FÜZULI RAYONUNA SƏFƏR EDIB
Rəşad tarih 18.04.2008, 12:15 (UTC)
 Azərbaycan prezidenti İlham Əliyev aprelin 18-də Füzuli rayonuna səfər edib. Dövlət başçısı əvvəlcə Horadiz şəhərində Heydər Əliyev Muzeyinin açılış mərasiminə qatılıb. Həmçinin, Heydər Əliyev parkına baş çəkib.
Daha sonra prezident İ.Əliyev Füzulidə məcburi köçkünlər üçün yeni salınmış 2104 ailəlik Zobucuq qəsəbəsinin və buraya çəkilən 15 kilometrlik yolun açılışında iştirakı edib. Əhali qarşısında çıxış edən dövlət başçısı 330 min məcburi köçkünün yeni evlə təmin olunmasının nəzərdə tutulduğunu, artıq onlardan 70 min nəfərinin yeni evlə təmin edildiyini vurğulayıb. Prezident deyib ki, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması üçün 900 milyon dollar vəsait xərclənib. Bundan sonra məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması üçün isə 500 milyon manat vəsait ayrılıb.
Bu gün qoşunların təmas xəttində olduğunu bildirən prezident İ.Əliyev Azərbaycan ordusunun qarşısındakı bütün vəzifələri yerinə yetirməyə hazır olduğunu bəyan edib. Ölkə başçısı Azərbaycanın hərbi xərclərinin artdığını, bunun Azərbaycanı məqsədə daha da yaxınlaşdırdığını, Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlıq və maddi-texniki baza baxımından bölgədə ən güclü ordu olduğunu vurğulayıb. Azərbaycan hərbi xərclərini son 4 ildə 10 dəfə artdığı deyən İlham Əliyev yaxın vaxtlarda dövlət büdcəsinə ediləcək əlavələr zamanı hərbi xərclərin yenidən artırılacağını bildirib. Prezident deyib ki, Azərbaycanın hərbi xərcləri 2 milyard dollara yaxın olmalıdır.
Ölkə başçısı Füzuli rayonuna səfəri çərçivəsində həmçinin, Yuxarı-Mil Suvarma kanalı üzərində 50 MVt gücündə su-elektrik stansiyasının və Füzuli Tibb Mərkəzinin təməlqoyma mərasiminə qatılıb, şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət edib. Bununla da prezident Füzuliyə səfəri başa çatıb. Ölkə başçısı daha sonra Beyləqana gedib.
 

ALİ BAŞ KOMANDAN: «AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ PEŞƏKARLIQ VƏ MADDI-TEXNIKI BAZA BAXIMINDAN BÖLGƏDƏ ƏN GÜCLÜ ORDUDUR»
www.milaz.info tarih 18.04.2008, 11:12 (UTC)
 Azərbaycan prezidenti İlham Əliyev bu gün Füzuli rayonunda, qoşunların təmas xəttində xidmət edən hərbçilərlə görüşüb. Daha sonra məcburi köçkünlər üçün yeni salınmış Zobucuq qəsəbəsinə gələn prezident əhali qarşısında çıxışında son vaxtlar tez-tez təmas xəttində olduğunu, hərbçilərlə görüşdüyünü deyib.
«Hərbçilərlə bugünkü görüşdən sonra bir daha əmin oldum ki, Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yerinə yetirməyə hazırdır. Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq və maddi-texniki baza baxımından bölgədə ən güclü ordudur», - deyə İ.Əliyev vurğulayıb.
Ali Baş Komandan hərbi xərclərin 2 milyard dollaradək artırılacağını da bildirib.
Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərə də toxunub: «Münaqişənin həlli hələlik bizim fəaliyyətimizdən asılı deyil. Hələ ki, məsələni sülh yolu ilə həllinə çalışırıq. Həm beynəlxalq təşkilatlar, həm də Ermənistan tərəfi bildirir ki, məsələni sülh yolu ilə həll etmək istəyir. Ancaq onlar bu torpağı sülh yolu ilə deyil, xarici dəstəklə, hərbi yolla işğal ediblər. İndi isə bizə sülh yolu ilə danışmağı təklif edirlər. amı bilməlidir ki, danışıqlar əbədi aparıla bilməz. Hər bir xalqın səbrinin həddi var. Qarşı tərəf də, beynəlxalq təşkilatlar da bilməlidir ki, bu proses belə davam etməyəcək. Biz həm danışıq aparırıq, həm də digər işlər görür, ordumuzu, iqtisadiyyatımızı gücləndiririk».
 

<- Geri  1  2  3  4  5  6  7 

Devam->

bu gün 79322 ziyaretçi (185284 klik) kişi burdaydı!
ELAN  
   
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol