www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
ANA SƏHİFƏ

Füzuli rayonu işğal olunmuş rayonlar arasında əhalisinin sayına görə, Ağdamdan sonra ikinci yerdə dayanır.
Rayonun sahəsi 1386 kvadrat kilometr, əhalisi isə 136 min nəfərdən çoxdur. Əhalinin bir hissəsi yaşayış məntəqələri işğal edildiyindən müvəqqəti olaraq Bakıda və respublikanın digər rayonlarında məskunlaşıb. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq  sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Füzuli şəhərinin əsası 1827-ci ildə qoyulub və ilk adı Qarabulaq olub. Daha sonra Qaryagin qəzası adlanıb. Rayonu 8 avqust 1930-cu ildə təşkil olunub və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılıb.
Rayon ərazisindən  axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır
Məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri var.
Hazırda Füzuli rayonunun 22 yaşayış məntəqəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Bu yaşayış məntəqələri əsasən Arazboyunda – İranla sərhəddə yerləşir və bu yaşayış məntəqələrində ümumilikdə 55 min nəfərdən artıq əhali yaşayır. Əhalinin daha çox olduğu yaşayış məntəqələri Böyük Bəhmənli, Horadiz şəhəri, Kərimbəyli və Əhmədbəyli kəndləridir.
Bundan başqa rayonun ərazis
ində Beyləqanla sərhəddə 2003-cü ildə Qayıdış adlı 11 qəsəbə inşa edilib. Bu qəsəbələrdə əsasən İmişli və Biləsuvar rayonlarında 1993-cü ildə salınmış çadır düşərgələrindən
çıxarılan Füzuli məcburi köçkünləri məskunlaşdırılıb. Zobcuq adlı ərazidə salınmış yeni qəsəbələrdə də məskunlaşma aparılıb.
Füzuli rayonunda hazırda 2 şəhər (Füzuli və Horadiz şəhərləri) və 76 kənd var.





Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI


Hörmətli ziyarətçilər. Saytımızın ZƏRURİ MƏLUMATLAR bölməsində yenilənmə olub


Füzuli rayonu haqqında respublika KİV-lərində dərc olunmuş yazılar

 

... Güllə sədaları altında Yeni Il....

... Füzulililər böyük fədakarlıq göstərirlər...

... Prezidentin çıxışı...

  ... Bir anın dəhşəti...

... Füzuli: bərpa və quruculuq işləri davam edir...

... O yerlərə bir də dönəcəyik...

... Ombudsman Füzulinin “Qayıdış” qəsəbələrinə səfər edib...

Füzuli rayonun işğal altındakı ərazilərindən son görüntülər.... İZLƏ
















bu gün 78958 ziyaretçi (184021 klik) kişi burdaydı!
ELAN  
   
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol