www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  => Elxan mənim həyatımın bir hissəsi idi, güvənc yerim idi
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
MİLLİ QƏHRƏMANLARIMIZ


                           MİLLİ QƏHRƏMANLARIMIZ

                   ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ

  
  
                                                         

Fər
zəlİyev  Pəhlivan  Əhliman oğlu   

 

27 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində ana dan olub. Şuşa Kənd Təsərrüfatı Texnikumunu bitirib. İdmanla məşğul olan P.Fərzəliyev Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanıb.
P.Fərzəliyev 1979-cu uldə orduya çağırılıb. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirib.

BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında iştirak edib. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilib. P.Fərzəliyev 1992-ci il aprelin 11-də həlak olub.

Evli idi. İki oğlu, bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn edilmişdir.

Bakı şəhərindəki qəsəbələrdən biri qəhrəmanın adını daşıyır.

 

Ibrahimov  Rasim  Səxavət oğlu

 

18 aprel 1962-ci ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İsmayılov 1979-cu ildək burada oxuyub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan R.İsmayılov 1992-ci ildə o Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Bu tabor Füzuli rayonunun kəndlərini mərdliklə qoruyurdu. Onların taboru 1992-ci il 26 iyun Tuğ kəndi uğrunda döyüşə girir. Onlarla erməni quldurunu məhv edən döyüşçülər digər dəstənin gəlib çatmamasından mühasirəyə düşürlər. Cəsur komandir R.İbrahimov döyüşçü dostlarını mühasirədən xilas edərkən özü düşmənin mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R.İsmayılov “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”,-deyərək özünü qumbara ilə partladır.

Ailəli idi, iki övladı qalıb. Oğlu bu gün atasının yolunu davam etdirir.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Çilov adasında abidəsi ucaldılıb, qəhrəmanımızın adına burada bağ salınıb.

 

Məmmədov  Seymur Qəhrəman oğlu

 

8 sentyabr 1971-ci ildə Füzuli şəhərində anadan olub. 1978-88-ci illərdə Füzulidəki 2 saylı məktəbdə təhsil alıb. 1988-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olub. 1991-ci ildə hərbi xidmətə çağırılan S.Məmmədov hərbi xidmətini Almaniya və Ukraynada keçirib. Vətənə qayıtdıqdan sonra könüllü olaraq Füzulidəki özünümüdafiə taboruna yazılıb. S.Məmmədov bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında qəhrəmanlıq göstərib. Qorxmaz qumbaraatan S.Məmmədov 1992-ci il 1 aprel tarixində Məlikcan kəndi uğrunda gedən döyüşlərdə hər birində 10 erməni yaraqlısı olan 15 post məhv ediir.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Oxuduğu məktəb onun adını daşıyır.

 

Zülfüqarov  Elxan Qaçay oğlu

 

29 iyun 1954-cü ildə Füzuli rayonunda anadan olub. 1969-cu ildə Bünyad Sərdarov adına 1 saylı məktəbin səkkizinci sinfini bitirib. Daha sonra Yevlax rayonunda orta təhsilini davam etdirən E.Zülfüqarov 1972- 1974-cü illərdə Ukraynada hərbi xidmət keçib. E.Zülfüqarov 1975-ci ildə təyinatla Novosibirsk şəhərinə göndərilir və orada milis işçisi olaraq fəaliyyətə başlayır.

Qarabağ hadisələri başlayanda E.Zülfüqarov vətənə qayıdır. 1992-ci ildə könüllü olaraq Azərbaycan ordusuna yazılan E.Zülfüqarov Laçın, Qubadlı, Zəngilan, Füzuli bölgələrində döyüşüb. 40-dan çox hərbi əməliyyatda iştirak edən Elxan xeyli erməni quldurunu məhv edib. Qısa müddətdə ona kapitan rütbəsi verilir və kəşfiyyat qrupunun komadir müavini vəzifəsinə təyin edilir. Erməni, rus dillərini səlis bilən E.Zülfüqarov 4 yanvar 1994-cü il yenidən kəşfiyyata yollandı onun əldə etdiyi məlumatlardan sonra 19 kənd azad edildi. Ermənilərin onlarla canlı qüvvəsi məhv edildikdən sonra saysız silah sursat ələ keçirildi. Döyüşçülərimiz hərbi texnikaları belə götürə bilmişdilər. 5 yanvar 1994-cü il Şükürbəyli kəndi uğrunda gedən döyüşlər zamanı E.Zülfüqarov qəhrəmancasına həlak oldu.

Ailəli idi, dörd övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

 

Rəfiyev Faiq Qəzənfər oğlu

 

22 fevral 1955-ci il Füzuli rayonunda anadan olub. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirib. 1973-75-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olub. 1990-cı il 20 Yanvar hadisəsindən sonra DİN-ə müraciət edir və təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili göndərilir. F.Rəfiyev Axullu, Tuğ, Qaradağlı kəndlərində əsl qəhrəmanlıq göstərib. 1992-ci il yanvarın 10-da Koçbəy kəndinin erməni quldurlarından təmizlənməsi zamanı F.Rəfiyev həlak olub.

Ailəli idi, iki övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Doğulduğu Sarıcıq kəndində dəfn edilmişdir.

Lökbatan qəsəbəsindəki 166 saylı məktəb qəhrəmanımızın adını daşıyır.

 

Kərimov  Bəşir  Bəylər oğlu

 

2 fevral 1976-cı ildə Füzuli rayonunda anadan olub. 1991-ci ildə səkkizinci sinfi bitirərək texniki-peşə məktəbində təhsilini davam etdirib. 1993-cü ildən döyüşlərdə iştirak edən B.Kərimov 19 may 1994-cü ildə Azərbaycan ordusunda xidmətə çağırılır. 1995-ci il 13-17 mart hadisələri zamanı o, Azərbaycan dövlətçiliyi əleyhinə çıxmış silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edir və bu qarşıdurma zamanı B.Kərimov həlak olub.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Kərimov Bəşir Bəylər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

     









Bu sayfa hakkındaki son yorum:
Yorumu gönderen: Sahil.Farhadov, 23.05.2017, 12:28 (UTC):
Butun sehitlerimizin ve Milli qehramanarimizin Qebirleri nurla dolsun mekanlari cenet olsun.
ALLAH size Rehmet elesin seninle fexir ediremk Pehlivan Emi

Yorumu gönderen: gjfvjhvjv, 22.02.2017, 14:13 (UTC):
cooooooooook kotuuuuuuuu!!!!!!!!!!!!!!!

Yorumu gönderen: Əhməd, 21.12.2016, 17:58 (UTC):
allah bütün şəhidlərimizə rəhmət eləsin.mən inaniram ki onlarin qani yerdə qalmiyacaq.Aprel döyüşüdə bunu təsdiqliyir.

Yorumu gönderen: Qarabağlı Səma, 25.07.2016, 18:29 (UTC):
Vetenim Füzuli ilə fexr edirem hemişede edecem.Bele igid qeremanlarımızın ailələrinə sebr özlerinə ise Allahdan rehmet diləyirem.Füzuli torpaqları ölməz qərəmanlarımızın bizə emanetidir.Yaralanmış torpaqlarımız bir gün azad ediləcək.Və o gün heçde uzaqda deyil..!

Yorumu gönderen: Samiree, 06.02.2016, 14:19 (UTC):
Men füzulidenem ve fuzuli ole fexr duyuram.Allah butun sehidlere rehmet etsin

Yorumu gönderen: nicatov murad, 17.02.2015, 14:23 (UTC):
cox sagolun ne yaxsi ki fuzulinin sayi var ALLAH butun sehidlerimize rehmet elesin AMIN

Yorumu gönderen: Elnur Yusifoglu, 24.05.2012, 17:17 (UTC):
salam men bu sayti tezece tapmiwam cox xowuma gelir burda adi cekilen milli qehramanlarimiza allah rehmet elesin amin..men fuzuli rayonumla fexr edirem sag olsun merd oglanlarmiz!

Yorumu gönderen: aygun veyselli, 15.02.2011, 11:46 (UTC):
bele qehramanlarimizi yaddan cixarmaq lazim deyil bu gun musteqil azerbaycan varsa bu qehramanlarin sayesinde var gelin onlari hemise yad edek sehidler hec vaxt unudulmur.

Yorumu gönderen: Məmmədov Əntiqə, 20.12.2010, 12:06 (UTC):
Azərbaycanın tarixən İgid oğulları olmuşdur olacaqdırda

Yorumu gönderen: cavid, 03.11.2010, 15:08 (UTC):
Allah bütün şəhidlərimizə rəhmət etsin, qəbrləri nurla dolsun! Mən sizden xahiş edirəm ki, saytda yer almiş milli qəhrəmanların ailələri və yaxud doğmalarının ünvanlarının tapılmasında mənə qöməklik göstərməyinizi xahiş edirəm.
Email ünvanım: cav06@rambler.ru



Bu sayfa hakkında yorum ekle:
İsminiz:
Mesajın:
bu gün 59256 ziyaretçi (131538 klik) kişi burdaydı!
ELAN  
   
Reklam  
   
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=