www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  KƏNDLƏRİMİZ
  => ÇAYLAR
  => Bələdiyyələr - ƏLAVƏ
  => Böyük Bəhmənli kəndi
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
ÇAYLAR

Köndələnçay

Köndələnçay Arazın sol qoludur. Xocalı, Xocəvand və Füzuli rayonları ərazisindən axaraq Bala Bəhmənli kəndinin yaxınlığında Araza tökülür. Uzunluğu 89 km, hövzəsinin sahəsi 594 kvadrat km-dir. Başlanğıcını Qarabağ. vulkanik yaylasındakı Çaxmaqdağdan (1780 m) səthə çıxan bulaqlardan alır. Ən böyük qolu, soldan Keçəlçay (uzunluğu 29 km) hesab edilir.

Axımı əsasən yağış (59%) və yeraltı (29%), qismən də qar (12%) sularından əmələ gəlir. Yazda (mart-may aylarında) yağış suları çayda daşqın əmələ gətirir. Bəzi illərdə payız yağışları da kiçik daşqınlar yaradır. Daşqın dövründə illik axım həcminin 60- 70%-ə qədəri keçir. Çayın orta illik su sərfi 0,55 kub m/san-dir. Bunun da 45%-i yaz, 22%-i yay, 17%-i payız, 16%-i isə qış fəslində axır. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) keçən axım illik axım həcminin 3-5%-ni təşkil edir. Orta illik asılı gətirmələri 0,82 kq/san, orta lillənməsi isə 1210 q/kub m-dir. Suyunun orta minerallaşması 300- 500 mq/l olmaqla hidrokarbonatlı-kalsiumludur.

Köndələnçaydan suvarma işlərində səmərəli istifadə etmək məqsədilə Füzuli rayonu ərazisində çayın üzərində su tutumu 2 mln kub m, Yağlıvənd kəndi yaxınlığında 4 mln kub m olan su anbarları yaradılmışdır.

 

Quruçay

Quruçay Arazın sol qoludur. Xocavand və Füzuli rayonları ərazisindən axır. Uzunluğu 82 km,hövzəsinin sahəsi 512 kvadrat km-dir. Suyunun çox hissə-sini yağış (75-80% ) sularından alır. Çayda əsas daşqın yazda olur.Bu dövrdə illik axım həcmindən 30-35 dəfə çox olur. İyul-avqust aylarında çayın suyu çox azalır, bə`zi illərdə isə tamamilə quruyur. Payız fəslində yağan yağışlar kiçik daşqınlar əmələ gətirir.

Orta illik su sərfi 6,85 kub m/san-dir. İllik axımın 26%-i yazda, 41%-i yayda, 21%-i payızda, 12%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 21.9 kq/san, lillənməsi isə 3200 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300 mq/l minerallaşmaya malikdir.

Orta illik su sərfi 1,75 kub m/san-dir. İllik axımın 65%-i yazda, 22%-i yayda, 7%-i payızda, 6%-i isə qışda keçir. Orta illik lillənməsi 150-250 q/kub m arasında dəyişir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300 mq/l minerallaşmaya malikdir.

Daşqınlar zamanı Quruçayın suyu bütünlüklə Dövlətyarlı su anbarına axıdılır. Yay fəslində suvarma işlərində geniş istifadə olunur.

 

Qozluçay

Qozluçay Arazın sol qoludur. Xocavənd və Füzuli rayonları ərazizsindən axır. Uzunluğu 28 km, hövzəsinin sahəsi 100 kvadrat km-dir. Başlanğıcını Kiçik Qafqazın cənub-şərq yamacının 1520 m hündürlüyündən götürür. Suyunun çox hissəsini yağış suları təşkil edir. Yalnız güclü yağışlar zamanı suyu Araza çatır. Daimi axara malik deyildir.

Çayın suyundan suvarma işlərində qismən istifadə olunur.





Bu sayfa hakkındaki yorumlar:
Yorumu gönderen: Arif, 27.12.2011, 12:19 (UTC):
men sevinirem ki Fizuli rayonunu etrafli tesvir etmisiniz

Yorumu gönderen: Shahin, 07.10.2009, 06:14 (UTC):
Insallah taxin zamanlarda butun qarabaq bizim olar



Bu sayfa hakkında yorum ekle:
İsminiz:
Mesajın:
bu gün 58311 ziyaretçi (129487 klik) kişi burdaydı!
ELAN  
   
Reklam  
   
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=