www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  KƏNDLƏRİMİZ
  => ÇAYLAR
  => Bələdiyyələr - ƏLAVƏ
  => Böyük Bəhmənli kəndi
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
Böyük Bəhmənli kəndi

Böyük Bəhmənli kəndi Füzuli rayonunun ən böyük yaşayış məntəqələrindəndir. Hazırda Böyük Bəhmənli bələdiyəsində 6171 nəfər əhali yaşayır. Rayonun ən qədim kəndlərindən sayılan Böyük Bəhmənli ərazisində miladın ilk yüzilliklərində Bəhmən şəhəri yerləşib. Ötən əsrin 50-ci illərinin sonlarına qədər qalıqları qalmış bu şəhərin Sasani hökmdarları tərəfindən salındığı güman olunur. Ötən əsrin ortalarında kolxozlaşmanın vüsət aldığı bir vaxtda şəhərin qalıqları məhv edilərək ərazidə əkin sahələri salınıb. Böyük Bəhmənli ərazisində qədim türk tayfalarına məxsus kurqanlar, həmçinin daha bir şəhər qalığı, on oğuz (haylandur) türklərinə məxsus və hazırda Haylan adı ilə tanına ərazilər mövcuddur. Kəndin ərazisində həmçinin Qızılbaş, Alaqarğı, Gözarası, Palıdlı bağ, Şirvan ata, Çalağay kimi tarixi yer adları bu gün də qalmaqdadır. Bir sıra tarixi mənbələr bəhmənlilərin Mərkəzi Asiyadan gəldiyini qeyd edirlər. «Qarabağnamələr» və digər tarixi sənədlər Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın da Bəhmənlidən olduğunu qeyd edirlər.

Bu gün Böyük Bəhmənli kəndində 40-a yaxın tayfa və tirələr mövcuddur. Bunlardan ən böyükləri kimi Kəbirli, Qarçığay, Məmmədli, Qurbanlı, Zeynallı və s. göstərmək olar.

Böyük Bəhmənli kəndində 2 orta məktəb, 1 xəstəxana, asfalt zavodu, su anbarı, dəmir yolu dayanacağı var. Hazırda kənddə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vəsaiti hesabına müasir tibb-diaqnostika mərkəzi inşa olunur. Kənd İranla dövlət sərhədində yerləşdiyindən burada həmçinin sərhəd zastavası da yerləşir.

Böyük Bəhmənli kəndinin ərazisi cənubda Araz çayı ilə həmsərhəddir. Kənddən Quruçay keçir və Araza qovuşur. Böyük Bəhmənlidən indiyədək 1000-dən artıq şəxs respublikanın və keçmiş SSRİ-nin ali təhsil müəssisələrini bitirib. Tanınmış şair Vaqif Bəhmənli, yazıçı Arif Şükürov, jurnalistlər Bəhrəm İbrahimov, Faiq Qismətoğlu, Söhbət Səfərli, Şükür Şənol, Rəşad Süleymanov məhz bu kəndin yetirməsidir. XX əsrin əvvəllərində Murtuza ağa Bəhmənli, həmçinin Bakı şəhəri Səbail rayonunun prokuroru Şirxan Adıgözəlov, Ağdam rayonunun prokuroru Kamran Əhmədov, Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkimi, Ələt Hərbi Hospitalının sabiq rəisi, polkovnik-leytenant Əhliman Əliyev (dünyasını dəyişib), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Azad Ələkbərov, dosent Əyyub Məmmədov, Ukrayna Respublikasının Fəxri Vətəndaşı, Böyük Vətən Müharibəsi qəhrəmanı Yusif Süleymanov bu kənddə doğulub.

Birinci Qarabağ müharibəsinin ağrı acısını yaşayan Böyük Bəhmənli kəndi 1993-cü ilin noyabr ayından 1994-cü ilin yanvar ayının 5-dək Ermənistan ordusunun işğalı altında olub. İşğal nəticəsində kənddə 80-dən artıq ev, həmçinin xəstəxana və bir məktəb binası yandırılıb və ya dağıdılıb. Müharibə nəticəsində kənd 52 şəhid verib ki, onlardan 25 nəfəri mülki, 27 nəfəri isə hərbçilər olub. Böyük Bəhmənli uğrunda gedən döyüşlərdə Azərbaycan ordusunun 20-dən artıq əsgəri şəhid olub. Düşmənin 10-dan artıq zirehli texnikası vurulub, 50-dən artıq canlı qüvvəsi məhv edilib. Kəndin şəhidlərinə və Azərbaycan Daxili Qoşunlarının qəhrəmanlıq göstərərək şəhid olmuş əsgərlərinin xatirəsinə abidə ucaldılıb.

 Böyük Bəhmənli kəndində 20 ilə yaxındır musiqi məktəbi fəaliyyət göstərir. Məktəbi bitirənlər arasında sonradan respublikanın ali mədəniyyət ocaqlarının məzunu olmuş onlarla şəxs var.
Böyük Bəhmənli kəndində hazırda bir məscid mövcuddur. SSRİ qurulmazdan öncə kənddə iki məscid olub. Kollektivləşmə illərində məscidlərdən biri mağazaya, digəri isə dərman anbarına çevrilib. XIX əsrdə inşa edilmiş məscidin binası uzun illər kimyəvi praparatlar saxlanıldığından sıradan çıxıb. Hazırda həmin məscidin yaxınlığında yeni tikilmiş məscid mövcuddur.

Bəhmənli xalçası

Xalçanın adı Fizuli rayonunun Böyük Bəhmənli kəndinin adı ilə bağlıdır. "Bəhmənli" xalçasınını orta kompozisiyası bir-birinin ardınja düzülmüş, orijinal formalı fiqurlar təşkil edir. Orta sahədə yerləşən bir və ya iki fiqur xüsusən maraqlı olan kompozisiyadır. qocaman xalçatoxuyanların təxminlərinə görə, bu fiqurlar "heykəl", "manqal" və ya "çanq" (pənjə), digərləri isə sanaqlıbağanı təsvir edir. Belə bir nəticəyə gəlmək olar ki, heyvan fiquruna bənzəyən bu fiqurlar müəyyən tayfanın totemi olan çanaqlıbağanın təsviri ilə bağlıdır. Füzuli rayonunda yerləşən Böyük Bəhmənli kəndinin adı ilə bağlı olan "Bəhmənli" xalçasınını orta kompozisiyası bir-birinin ardınca düzülmüş orijinal formalı fiqurlar təşkil edir. Belə bir nəticəyə gəlinir ki, heyvan fiquruna bənzəyən bu fiqurlar müəyyən tayfanın totemi olan çanaqlı bağanın təsviri ilə bağlıdır.

Üçtəpə kurqan abidəsi

Böyük Bəhmənli kəndi ərazisində Üçtəpə adlı kurqan abidəsi yerləşir. Üçtəpənin hər biri ayrı-ayrılıqda torpaq qəbir kurqanlarıdır. Vaxtı ilə ərazidəki kurqanların sayının dörd və bir az da artıq olduğu söylənilir. Onlar kolxozun torpaq düzəltmə (planirovkaları) zamanı dağıdılıb. Üçtəpə ərazisindən b.e.əvvəl birinci minilliyə aid qara gildən düzəldilmiş məişət qabı aşkar edilib.

Mənbə: VIKIPEDIYA

bu gün 79323 ziyaretçi (185286 klik) kişi burdaydı!
ELAN  
   
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol