www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  => AzÉ�rbaycanın paleolit dÃŒÅ�É�rgÉ�lÉ�ri- Azıx vÉ� TaÄ�lar
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
KEÇMİŞİMİZ

Füzuli rayonu tək Azərbaycanın deyil, dünyaın ən qədim insan məskənlərindən hesab olunur. Dünyanın ən qədim insan məskənləri olan Azıx və Tağlar mağaraları bu rayonun ərazisində yerləşir Azıx və Tağlar mağaralarında aparılmış arxeoloji qazıntılar zamanı məlum olub Ki, bu məskənlərdə ilk insanlar təxminən 1 mln. 500 min əvvəl məskunlaşıblar. 1968-ci ildə Azıx mağarasından 400 min il əvvəl yaşamış Azıx adımının (Azıxantrop) alt çənə sümüyü tapılıb.

Rayon ərazisində enolit dövrünə məxsus onlarla yaşayış məntəqələrinin qalıqları mövcuddur. Bunlardan ötən əsrdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılıb.

Füzuli rayonunun müxtəlif ərazilərində, xüsusilə də Arazboyu ərazilərdə və Quruçay-Köndələnçay vadisində qədim türkdilli xalqlara məxsus abidələr, o cümlədən çoxlu sayda kurqan abidələri mövcuddur. Bura Kültəpə, Üç kurqan və s. göstərmək olar.

Orta əsrlərdə Füzuli rayonu ərazisində bir sıra qala şəhərləri olub. Bura sonralar itib batmış, sovetlərin xalq təsərrüfatını inkişaf etdirdiyi bir dövrdə qalıqları məhv edilərək pambıq tarlasına çevrilmiş Bəhmən şəhəri, Qarabağlar şəhəri və s. daxildir.

Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç füquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyətli abidələrimiz erməni vandalizminə məruz qalıb, məhv edilib.

Qeyd edək ki, Füzuli rayonunda ümumilikdə 22 sayda dünya və ölkə əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidəsi, həmçinin  indiyədək qeydə alınmayan 45 sayda yerli əhəmiyyətli tarixi abidə var. Müharibədən əvvəl rayonda 2 muzey olub. Bunlardan biri tarix diyarşünaslıq muzeyi, digəri isə xalq tətbiqi sənəti muzeyidir. Sonuncu muzeydə 800 eksponat olub.

 

 
bu gün 82059 ziyaretçi (192119 klik) kişi burdaydı!
ELAN  
   
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol