|
|
|
|
XƏBƏRLƏR |
|
|
|
|
|
|
|
|
|
|
|
XƏBƏR
Azərbaycan Prezidenti Füzuli rayonuna səfərə gəlib
Admin tarih 15.12.2012, 09:01 (UTC) | | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Füzuli rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Füzuli rayonuna səfəri çərçivəsində dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Dövlətimizin başçısı dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, bina müasir memarlıq üslubunda tamamilə yenidən qurulmuşdur. Vağzalın ətrafında yaşıllıq zolağı salınmış, dekorativ ağaclar əkilmişdir. Binada sərnişinlərin istirahəti üçün də lazımi şərait yaradılmışdır.
Bildirilmişdir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan Horadiz stansiyasının sərnişin vağzalı 1958-ci ildə inşa olunmuşdur. Vağzal binasında uzun müddət əsaslı təmir işləri aparılmamışdır. Sahəsi min kvadratmetr olan ikimərtəbəli binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotoguşələr yaradılmışdır. Əsaslı təmir və yenidənqurma işləri QSC-nin dəmir yollarının və texniki qurğuların təmir-tikinti departamenti tərəfindən üç ay ərzində yerinə yetirilmişdir. Vağzal binasının elektrik sistemi yenilənmiş, gözləmə salonunda sərnişinlərin rahatlığı təmin edilmişdir. Burada yeni yaradılmış ana və uşaq otağı, akt zalı və yeməkxana fəaliyyət göstərir. Bina yeni avadanlıqla təchiz olunmuşdur. Vağzal binasında sərnişinlərin əşyalarının saxlanması üçün kameralar quraşdırılmış, dispetçer otağında yüksək xidmət şəraiti yaradılmışdır.
Diqqətə çatdırıldı ki, tibbi xidmətə ehtiyacı olanlar həkim otağına müraciət edə biləcəklər. Hər cür şəraiti olan inzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir. Buradakı iclas salonu da müasirliyi ilə diqqəti cəlb edir. Horadiz dəmir yolu vağzalı sərnişinlərə xidmətin səviyyəsinin ən müasir standartlara uyğun həyata keçirilməsinin daha bir konkret nümunəsidir. Burada mühəndis-kommunikasiya sistemləri də ən qabaqcıl standartlara cavab verir. Binanın birinci mərtəbəsində kassalar, tibb otağı və digər bölmələr vardır.
Bildirildi ki, Horadiz stansiyasının yenidən qurulan sərnişin vağzalının binası dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafı ilə bağlı görülən işlərin tərkib hissəsidir. Burada bilet satışı texnologiyası da təkmilləşdirilmişdir. Horadiz sərnişin stansiyasında bilet satışı noyabrın 1-dən etibarən avtomatlaşdırılaraq beynəlxalq internet şəbəkəsinə qoşulmuşdur. Artıq Azərbaycan dəmir yolunun 48 sərnişin stansiyası da bu sistem üzrə fəaliyyət göstərir. Sərnişinlər istənilən istiqamət üzrə biletlərini onlayn rejimdə sifariş verə və ala bilərlər.
Prezident İlham Əliyev Horadiz dəmir yolu stansiyasının sərnişin vağzalının binasında yaradılmış şəraitdən razılığını bildirdi.
| | |
|
Füzuli rayonun daha bir kəndinə təbii qaz verilmişdir
Admin tarih 30.11.2012, 11:26 (UTC) | | ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış massivləri “mavi yanacaq”la təmin olunur. Füzuli rayonunun qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu baxımdan diqqətə layiqdir.
Füzuli rayonunun Birinci Mahmudlu kəndinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə noyabrın 30-da təntənəli mərasim keçirilmişdir. Tədbirdə ARDNŞ-nin “Azəriqaz” İB və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 160 abonenti olan Birinci Mahmudlu kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 15168 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilmiş, 160 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirdə çıxış edən kənd ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri ilk dəfə olaraq Birinci Mahmudlu kəndinin təbii qazla təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
| | |
|
Füzuli və Cəbrayıl rayonlarının işğalının ildönümü anılıb
Rəşad Süleymanov tarih 23.08.2012, 11:57 (UTC) | | Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 19 il ötür. APA-nın məlumatına görə, bu münasibətlə Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) rəhbərliyi, bu rayondan olan millət vəkilləri, Füzuli və Cəbrayıl ictimaiyyətinin, həmçinin Qarabağ Azadlığı Təşkilatının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər. Füzuli Rayon İcra Hakimiyyəti adından Əbədi Məşəl Kompleksi önünə əklil qoyulub.
Füzulidən millət vəkili, Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə açıqlamasında bildirib ki, bu gün Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində geniş abadlıq-quruculuq işləri aparılır: «Əhali bu gün cəbhə zonasında xidmət edən Azərbaycan Ordusunun əsgərlərinə güvənir, doğma torpaqlarına qayıdacağı günü səbirsizliklə gözəyir. Əgər Azərbaycan güc dili ilə danışmağa başlasa, qısa zamanda ərazi bütövlüyünü təmin edəcək. Bunu bütün dünya bilir».
B. Muradova qeyd edib ki, bu gün 60 mindən çox Füzuli sakini işğaldan azad edilmiş ərazilərə qayıdıb və orada məskunlaşıb.
Füzuli RİH başçısı Alı Alıyev isə deyib ki, işğal nəticəsində rayona milyardlarla manat dəyərində zərər dəyib, rayon mindən artıq şəhid verib: “Bu gün cəbhə bölgəsində yaşayan əhalinin Azərbaycan Ordusuna güvənir. Həm rayon əhalisinin əhval-ruhiyyəsi, həm də ordumuzun təminat və təchizatı onu deməyə əsas verir ki, qısa zaman kəsiyində ərazilərimizi azad edə bilərik. Elə yaşayış məskəni var ki, düşmən mövqeləri ilə 400 metr məsafədə yerləşir, lakin bu, insanlarımızı qorxutmur». A. Alıyev bu gün atəşkəsin cəbhədə ən çox Füzuli istiqamətində pozulduğunu da vurğulayıb.
Rayonda gedən döyüşlərdə iştirak etmiş istefada olan polkovnik-leytenant Tariyel Qəhrəmanov isə Füzulinin işğalının təməlinin 1992-ci ilin yayında Qırmızı Bazar və Məlikcan istiqamətindəki uğursuz əməliyyatlarla başlandığını qeyd edib: «Biz 1994-cü ilin yanvarında bir gün ərzində keçirdiyimiz əməliyyatla rayonun 12-dən artıq yaşayış məntəqəsini işğaldan azad etdik. Bu onu deməyə əsas verir ki, bu gün hərbi əməliyyatlar başlarsa, qısa müddətdə ərazilərimizi geri qaytaracağıq. Biz keçmiş döyüşçülər arzumuzu reallaşdırmaq üçün o günü səbirsizliklə gözləyirik».
| | |
|
Füzulidə 2012-ci ilin birinci yarısının yekunları müzakirə olunub
Admin tarih 25.07.2012, 13:28 (UTC) | | Füzuli rayonunda 2012-ci ilin birinci yarısının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. Yığıncaqda ötən altı ayda rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının uğurla davam etdirildiyi, geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığı diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, Horadiz şəhərində Yeni Azərbaycan Partiyası rayon təşkilatı və təhsil şöbəsi üçün inzibati binalar, 180 şagird yerlik tam orta məktəb, Gənclər mərkəzi, Kərimbəyli kəndində “Qarabağ” ailəvi istirahət mərkəzi, 45 yerlik uşaq bağçası tikilmiş, 15 mindən çox həmişəyaşıl ağac əkilmişdir. Gecəgözlü və Üçbulaq yataqlarında 80 şagird yerlik tam orta məktəblərin, Əhmədbəyli kəndində 5 min tonluq soyuducu anbarın, Qarabağ kəndində quşçuluq müəssisəsinin tikintisi, 4 nömrəli Qayıdış qəsəbəsində 120 yerlik tam orta məktəbin əsaslı təmiri, Zobucuq qəsəbələri istiqamətində qaz çəkilişi davam etdirilir. Bu il Yuxarı Mil Kanalının Bala Bəhmənli kəndindən keçən hissəsində tikilən 25 meqavatlıq su elektrik stansiyasının birinci növbəsinin istifadəyə verilməsi, yeni xəstəxana, uşaq bağçası, mərkəzləşdirilmiş kitabxana sistemi üçün binaların tikintisinə başlanılması nəzərdə tutulmuşdur.
Toplantıda bildirilmişdir ki, əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması üçün Birinci Mahmudlu, Şükürbəyli, İkinci Mahmudlu, Əhmədalılar kəndlərində, 10 nömrəli Qayıdış qəsəbəsində yeni transformatorlar quraşdırılmışdır. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilmiş, 947 min kubmetr suvarma və kollektor şəbəkəsi lildən təmizlənmiş, 105 ədəd qurğu təmir edilmiş, 5 nömrəli Qayıdış qəsəbəsində nasos stansiyası inşa edilmişdir.
Birinci yarımildə 35,6 min hektar sahədən 90 min ton taxıl istehsal edilmişdir. Hazırda rayonda 31 min baş qaramal, 107 min baş qoyun və keçi, 235 min baş ev quşları vardır. Yarım il ərzində 979 ton ət, 6535 ton süd, 4,1 milyon ədəd yumurta, 145 ton yun istehsal edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 129 ton ət, 600 ton süd, 530 min ədəd çox yumurta, 5 ton yun çox istehsal edilmişdir.
Məruzə və çıxışlarda təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, xidmət sahələrində görülmüş işlər təhlil olunmuş, uğurlarla yanaşı, mövcud problem və çatışmazlıqlar da göstərilmiş, qarşıda duran vəzifələr müəyyən edilmişdir.
| | |
|
Füzuli rayonunun daha bir yaşayış məntəqəsinə təbii qaz verildi
Füzuli rayon İcra Hakimiyyəti tarih 16.05.2012, 07:36 (UTC) | | Füzuli rayonu Alıxanlı kəndinə təbii qaz verildi. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bildirdi ki, rayonun təbii qaz olmayan digər yaşayış məntəqələrinədə qaz çəkilişi davam edir. Yaxın vaxtlarda Qarabağ və Bala Bəhmənli kəndlərinə təbii qaz veriləcək. | | |
|
Zobcuqda 1000 ağac əkilib
Rəşad tarih 15.03.2012, 06:18 (UTC) | | Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən “FINCA Azerbaijan” Kredit Təşkilatının maliyyə dəstəyi ilə “Füzuli rayonunun qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları Zobcuq yaşayış kompleksində yaşıllaşdırma məqsədilə bəzək ağaclarının əkilməsi” layihəsi çərçivəsində min ədəd ağacı əkilib. BAM-ın yaydığı məlumata görə, tədbirdə Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Maniş Sane, BAMF sədri Umud Rəhimoğlu və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Açılış nitqi ilə çıxış edən Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev son illər Füzuli rayonunda aparılan abadlıq-quruculuq işləri, o cümlədən düşmənlə üzbəüz şəraitdə yaşayan füzulilərin vəziyyəti haqqında ətraflı məlumat verib. A. Alıyevin sözlərinə görə, 5 qəsəbədən ibarət Zobcuq yaşayış kompleksində 2100-dən çox ailə yaşayır. İndiyədək bu qəsəbələrdə rayon rəhbərliyinin təşəbbüsü ilə xeyli abadlıq və yaşıllaşdırma işləri görülüb.
BAMF sədri U.Rəhimoğlu M.Saneyə və A.Alıyevə bu ideyanı dəstəklədiklərinə və yaxından köməklik göstərdiklərinə görə öz minnətdarlığını bildirib. Onun sözlərinə görə, layihəyə əsasən BAMF Tərtər rayonunda tədarük etdiyi 1000 ədəd bəzək ağacının Füzuli rayonunun Zobcuq yaşayış kompleksinə daşınmasını, ağacların əkilməsini və suvarılmasını təmin edəcək.
“FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Maniş Sane isə rəhbərlik etdiyi təşkilatının yaxın günlərdə Füzuli rayonunun sakinlərinə daha çox maliyyə xidmətləri göstərə bilmək üçün bu rayonda öz fəaliyyətini genişləndirəcəyini söyləyib: “Rayon əhalisinə daha əvvəllər təşkilatın Beyləqan rayonunda yerləşən ofisi tərəfindən kreditlər verilsə də, gələn aydan etibarən burada yaşayan əhaliyə elə rayon ərazisində xidmət göstəriləcək, yəni “FINCA Azərbaycan” aprel ayında Füzuli ərazisində öz ofisini açmağı planlaşdırır”.
| | |
|
|
bu gün 82300 ziyaretçi (192462 klik) kişi burdaydı! |
|
|
|
|
|
|
|
ELAN |
|
|
|
|
|