www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
XƏBƏRLƏR
XƏBƏR
Millət vəkili Bahar Muradova Füzulidə seçicilərlə görüşüb
Rəşad tarih 11.03.2011, 09:19 (UTC)
 Milli Məclis sədrinin müavini Bahar Muradova Füzuli rayonunda seçicilərlə görüşüb. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Rayon ictimaiyyəti ilə görüşdə vitse-spiker ölkədə aparılan quruculuq işlərindən, həyata keçirilən antikorrupsiya tədbirlərindən danışıb. Qarşıda duran problemlərin həlli istiqamətində görülən işlər iştirakçıların nəzərinə çatdırılıb.

Martın 10-da Füzuli rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısı Alı Alıyevin iştirakıyla müvafiq qurumların nümayəndələri ilə birlikdə Bala Bəhmənli və ətraf kəndlərin sakinləri ilə görüş keçirilib. Görüşdə seçicilər tərəfindən qaldırılan məsələlər dinlənilib, enerji, yol, içməli su problemlərinin həlli ilə bağlı rayon rəhbərliyi tərəfindən aidiyyəti qurumlara tapşırıqlar verilib. Bildirilib ki, ölkə rəhbərliyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramına uyğun olaraq cəbhə bölgəsində yerləşən rayonlara, o cümlədən Füzuli rayonuna xüsusi diqqət yetirir.

 

Nəbi Muxtarov Füzuli rayonu icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunub
APA tarih 11.03.2011, 09:18 (UTC)
 Azərbaycan prezidenti İlham Əliyev Nəbi Muxtarovun Füzuli rayonu icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, digər bir sərəncamla Alı Alıyev Füzuli rayonu icra hakimiyyətinin başçısı təyin olunub.
 

İlham Əliyev Horadiz şəhərində Muğam Mərkəzinin açılışını edib
www.president.az tarih 11.11.2010, 12:42 (UTC)
 Prezident İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və mərkəzdə yaradılmış şəraitlə tanış oldu.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli musiqimizə qayğı və diqqətini əks etdirən fotostend vardır.

Dövlət başçısına məlumat verildi ki, mərkəzin tikintisinə ARNDŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən 2010-cu ilin mayında başlanılmışdır. Üç hektar ərazisi olan mədəniyyət ocağı Prezident İlham Əliyevin göstərişi ilə inşa olunmuşdur. Azərbaycanın qədim musiqi alətlərindən olan tar formasında tikilmiş mərkəz üçmərtəbəlidir və bir-birinə bitişik üç korpusdan ibarətdir. Mərkəzə aid olan muğam məktəbində müxtəlif təyinatlı 31 sinif otağı yerləşir. Binanın divarlarında Azərbaycanın muğam ustadlarının, habelə milli musiqi alətlərimizin şəkilləri asılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin eskiz layihəsinə baxdılar.

İkinci və üçüncü mərtəbələrdə mühazirə və məşğələ otaqları vardır. Dövlətimizin başçısı məşğələnin gedişini izlədi.

Mərkəzdəki 320 yerlik örtülü konsert zalı ilə tanışlıq zamanı bildirildi ki, zal müasir akustika sistemi və işıq effektləri ilə təchiz edilmişdir.

Prezident İlham Əliyev və xanımı zalda Füzuli rayonunun “Qarabağ” instrumental ansamblının və gənclərin ifasında “Qarabağ şikəstəsi”ni dinlədilər.

Mərkəzin 520 yerlik açıq yay zalı da vardır. Bina havalandırma, daimi su təchizatı, müasir işıqlandırma sistemləri və yüksək gərginlikli elektrik generatoru ilə təchiz olunmuşdur. Ətrafda geniş abadlıq işləri görülmüş, gecə saatlarında müxtəlif rəng çalarlarına malik işıq lampaları ilə təchiz edilmiş fəvvarə quraşdırılmış, yaşıllıq zolaqları salınmışdır. Mərkəzin həyətyanı sahəsi həm də əhalinin istirahəti üçün park kimi nəzərdə tutulmuşdur.
 

Prezident Horadiz İdman Kompleksinin açılışında iştirak etmişdir
www.president.az tarih 11.11.2010, 12:41 (UTC)
 Prezident İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində Horadiz İdman Kompleksinin açılış mərasimində iştirak etmişdir.

Dövlət başçısı açılışı bildirən lenti kəsdi, kompleksdə yaradılmış şəraitlə tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına və idmançılara diqqət və qayğısını əks etdirən fotostend yaradılmışdır.

Məlumat verildi ki, tikintisinə 2009-cu ilin fevralında başlanmış idman kompleksi 5 hektar sahəni əhatə edir. Burada 30 yerlik mehmanxana, basketbol meydançası, 500 yerlik əl oyunları zalı, tennis kortu, avtomobil dayanacağı vardır. İdman kompleksinə, həmçinin soyunub-geyinmə otaqları, duşxana, sauna və masaj otaqları, tibb məntəqəsi, bufet, inzibati otaqlar və yataq otaqları daxildir. Kompleksin ərazisində su anbarı, su çəni qülləsi, elektrik yarımstansiyası da inşa olunmuşdur.

Prezident İlham Əliyev burada Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onları təbrik etdi.

Sonra dövlətimizin başçısı və xanımı idmançıların nümunəvi çıxışlarını və incəsənət ustalarının konsert proqramını izlədilər.

Prezident İlham Əliyev kompleksin 1860 tamaşaçı yeri olan futbol meydançasına da baxdı.

Ərazidə abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır.
 

Prezident İlham Əliyev Füzuli Tibb Mərkəzinin açılışında iştirak etmişdir
www.president.az tarih 11.11.2010, 12:40 (UTC)
 

Prezident İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində Tibb Mərkəzinin açılışında iştirak etmişdir. Dövlət başçısı əvvəlcə tibb işçiləri ilə görüşdü, onları təbrik etdi.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqəti və qayğısını əks etdirən fotostend vardır.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verdi ki, Tibb Mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanmışdır. Mərkəz 1,5 hektar ərazidə yerləşir. Birinci mərtəbədə doğum, qəbul, hemodializ və şüa-diaqnostika şöbələri yerləşir. İkinci mərtəbədə konsultativ diaqnostik poliklinika şöbəsi, inzibati və cərrahi stasionar şöbələr, əməliyyatların gedişini canlı izləmək üçün lazımi avadanlıqla təchiz edilmiş akt zalı, laboratoriya, üçüncü mərtəbədə 3 əməliyyat bloku, anesteziologiya və reanimasiya şöbəsi, intensiv terapiya palataları və reanimasiya zalı vardır. Tibb mərkəzində kompyuter tomoqrafiyası, rentgen, USM, oftalmologiya və stomatologiya otaqları fəaliyyət göstərir. Tibb ocağı cəbhə bölgəsində yerləşdiyindən ağır xəstələrin vaxtında bura çatdırılması üçün 2 vertolyot meydançası, habelə yeməkxana, qazanxana, camaşırxana, elektrik yarımstansiyası, mərkəzə ezam olunan həkimlərin müvəqqəti yaşaması üçün iki yaşayış binası da inşa olunmuşdur.

Füzuli rayonunun Böyük Bəhmənli kəndinin yaxınlığında, magistral yolun kənarında inşa olunmuş mərkəzin xidmətlərindən ətraf məntəqələrin sakinləri də istifadə edəcəklər.

Azərbaycan Prezidenti Füzuli rayonuna səfərə gəlmişdir

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası cəbhə bölgəsi olan Füzuli rayonunda da əsaslı inkişafa təkan vermişdir və bu inzibati ərazidəki yaşayış məntəqələrinin siması sürətlə müasirləşməkdədir. Əsasən kənd təsərrüfatı rayonu olan Füzulidə heyvandarlıq və quşçuluq geniş inkişaf etmişdir. 2004-cü ildən bu günədək 1372 daimi, 6 minə yaxın mövsümi iş yeri açılmışdır. Rayonda təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin inkişafına xüsusi diqqət göstərilir, onların maddi –texniki bazası ilbəil möhkəmləndirilir.

Dövlət başçısı əvvəlcə Horadiz şəhərinin mərkəzində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.

Dövlət başçısına parkda aparılmış abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, son aylarda parkda yenidənqurma işləri aparılmış, təzə yaşıllıq zolaqları salınmışdır.
 

Azərbaycan Prezidenti Füzuli rayonuna səfərə gəlmişdir
www.president.az tarih 11.11.2010, 12:39 (UTC)
 Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası cəbhə bölgəsi olan Füzuli rayonunda da əsaslı inkişafa təkan vermişdir və bu inzibati ərazidəki yaşayış məntəqələrinin siması sürətlə müasirləşməkdədir. Əsasən kənd təsərrüfatı rayonu olan Füzulidə heyvandarlıq və quşçuluq geniş inkişaf etmişdir. 2004-cü ildən bu günədək 1372 daimi, 6 minə yaxın mövsümi iş yeri açılmışdır. Rayonda təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin inkişafına xüsusi diqqət göstərilir, onların maddi –texniki bazası ilbəil möhkəmləndirilir.

Dövlət başçısı əvvəlcə Horadiz şəhərinin mərkəzində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.

Dövlət başçısına parkda aparılmış abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, son aylarda parkda yenidənqurma işləri aparılmış, təzə yaşıllıq zolaqları salınmışdır.
 

<- Geri  1  2  3  4  5  6  7 Devam -> 
bu gün 79230 ziyaretçi (184824 klik) kişi burdaydı!
ELAN  
   
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol