|
|
|
|
XƏBƏRLƏR |
|
|
|
|
|
|
|
|
|
|
|
XƏBƏR
Fizulinin tarixi - mədəniyyət abidələri dağıdılır
www.ganca.az tarih 27.05.2008, 09:47 (UTC) | | Fizuli rayonunun işğal altında qalmış ərazilərində 17 məscid, 5 türbə, 10 arxeloji əhəmiyyətli abidə, 11 körpü və karvansaranı ermənilər dağıdıb.
Fizuli rayonunun Mədəniyyət və Turizim İdarəsinin rəisi Elman Məmmədovdan aldığımız məlumata görə, hazırda rayonun Azərbaycanın nəzarətində olan ərazilərində 2 türbə və 1 məscid qorunur. O, həmçinin qeyd etdi ki, 13 – cü əsrdə inşa olunan Şeyx Babi Yaqub, 14-cü əsrə aid olan Əhmədallar türbələri və Böyük Bəhmənli məscidinin əsaslı təmirə ehtiyacı var.
"Bu abidələrin bərpası üçün biz Mədəniyyət və Turizim Nazirliyinə müraciət göndərəcəyik, əgər razılıq əldə olunarsa və təmir üçün vəsait ayrılarsa, bu abidələrdə bərpa işləri aparılacaq". – deyə Elman Məmmədov vurğuladı.
Onu da qeyd edək ki, sözügedən tarixi abidələr daim atəş altında olduqlarından binalarda neçə illərdir ki, təmir - bərpa işləri aparılmır.
Mənbə: www.ganca.az
| | |
|
ATƏT nümayəndələri Füzulidə olub
www.milaz.info tarih 22.05.2008, 07:58 (UTC) | | Mayın 22-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, qoşunların təmas xətində monitorinq keçirib. Milaz.info-ya bu barədə Füzuli rayon icra hakimiyyətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdə keçirmək üçün rayona gələn ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməkçiləri İmre Palatinus, Antal Herdiç mayın 22-də səhər saatlarında Füzuli rayon İcra hakimiyyətində olub. ATƏT nümayəndələrinə cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat verilib. Bildirilib ki, ermənilər cəbhəyanı kəndləri və Azərbaycan ordusunun mövqelərini daim atəşə tutur, yerli əhaliyə ziyan vurmaqda davam edirlər. Yaz-yay aylarında isə rayon əraziləri ermənilər tərəfindən yandırılır.
Görüşdən sonra ATƏT nümayəndələri monitorinq keçiriləcək əraziyə yola düşüblər.
Qeyd edək ki, monitorinqi Azərbaycanın beynəlxalq səviyyədə ərazisi sayılan təmas xətinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Piter Ki və Vladimir Çountulov keçirib.
Monitorinq zamanı insident qeydə alınmaıb. | | |
|
Sentyabrın sonunadək Horadiz şəhərinə təbii qaz veriləcək
Rəşad tarih 16.05.2008, 12:05 (UTC) | | Bu ilin sentyabr ayının sonunadək Füzuli rayonunun Horadiz şəhərinə təbii qazın verilməsi planlaşdırılır. Bu barədə jurnalistlərə «Azəriqaz» QSC-nin prezidenti Əlixan Məlikov məlumat verib.
Ə.Məlikovun sözlərinə görə, bununla yanaşı Beyləqandan Horadizə qədər kəmərin keçdiyi ərazidəki yaşayış məntəqələri də qazla təchiz olunacaq.
«Hələ sovetlər dövründən Horadizdə qazlaşma olmayıb. Ona görə də Horadizdə qaz siseminin qurulması nəzərdə tutulur»,- deyə Ə.Məlikov vurğulayıb.
«Azəriqaz» rəhbəri digər rayon mərkəzlərinin qazla təmin olunduğunu, hazırda rayon mərkəzlərinə yaxın yaşayış məntəqələrinin qaz təchizatının qurulduğunu qeyd edib. Ə.Məlikovun sözlərinə görə, ilin sonuna qədər əlavə olaraq 60 min abonentə qaz veriləcək.
| | |
|
Azərbaycan prezidenti Beyləqan və Füzuli rayonlarının hər birinə 2 milyon manat məbləğində vəsait ayrılması haqqında sərəncam imzalayıb
Rəşad tarih 21.04.2008, 18:11 (UTC) | | Azərbaycan prezidenti İlham Əliyev Füzuli və Beyləqan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısının sərəncamı ilə Füzuli və Beyləqan rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi, o cümlədən abadlıq-quruculuq işlərinin sürətləndirilməsi məqsədi ilə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan hər iki rayonun icra hakimiyyətlərinin hər birinə 2,0 milyon (iki milyon) manat məbləğində vəsait ayrılıb. Nəzərdə tutulan vəsaitin ödənilməsini təmin etmək Maliyyə Nazirliyinə həvalə olunub.
| | |
|
Bu ilin 3 ayında Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəs rejimini 233 dəfə pozublar
APA İnformasiya Agentliyi tarih 18.04.2008, 18:08 (UTC) | | Bu ilin ilk üç ayı ərzində Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəs rejimini 233 dəfə pozublar.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən təsdiqlənmiş məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəs yanvarda 65, fevralda 53, martda isə 115 dəfə pozulub. Atəşkəsin ən çox pozulması faktı Füzuli (52), Ağdam (48), Tərtər (32), Goranboy (23), Xocavənd (28) və Tovuz (23) rayonları istiqamətində qeydə alınıb.
Atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun 9 əsgəri həlak olub, 2 nəfər isə yaralanıb. Həlak olmuş hərbçilər Çinar Nurəddin oğlu Əliyev, İsmayıl Əfqan oğlu Ağəmmədov, Bəhruz Mədət oğlu Hətəmi, Sərdar Əli oğlu Orucov, Ramin İsmayıl oğlu İsmayılov, Tusayev Nemət Həbibulla oğlu, Yusif Oruc oğlu Qasımov, Bəhruz Arzu oğlu İsmayılov, Ceyhun Bahəddin oğlu Səfərovdur. Ülvi Vaqif oğlu İsmayılov və Rövşən Xəzər oğlu Alcanov isə yaralanıb.
Monitorinqin nəticələri göstərir ki, Ermənistan Silahlı Qüvvələrinin aktivliyi daha çox mart ayının birinci ongünlüyündə qeydə alınıb. Təkcə 3-4 mart tarixlərində cəbhə xəttinin Goranboy və Tərtər rayonları istiqamətində 36 saatdan artıq intensiv döyüşlər gedib. Bu döyüşlər zamanı minaatanlardan, ağır hərbi texnikalardan istifadə olunub.
Ümumilikdə ötən ilin müavifiq dövrü ilə müqayisədə Ermənistan ordusu cari ilin ilk 3 ayında cəbhə xətinin cənubunda – Füzuli və Xocavənd rayonları istiqamətində aktivliyi artırıblar. Martın sonlarında isə ermənilərin Ermənistan-Azərbaycan dövlət sərhədində də aktivliyi qeydə alınıb. Ermənistan Silahlı Qüvvələri müntəzəm olaraq Ermənistanın Noemberyan, Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərindən Tovuz və Qazax rayonlarını, bir neçə halda Gədəbəy, bir halda isə Azərbaycan ordusunun Daşkəsən rayonu ərazisindəki mövqelərini atəşə tutublar. Dövlət sərhədində yerləşən və ermənilərin atəşinə ən çox məruz qalan yaşayış məntəqələri Tovuz rayonunun Koxa Nəbi, Ağdam, Əlibəyli, Qazax rayonun Məzəm, Qızıl Hacılı və Bala Cəfərli kəndləri olub.
Ötən dövrdə Qarabağ cəbhəsində düşmənin atəşinə ən çox məruz qalan kəndlər isə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Alxanlı, Ağdamın Yusifcanlı, Tərtər rayonunun Qapanlı, Göyarx, Borsunlu, Goranboyun Tap Qaraqoyunlu kəndləri olub.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 2006-cı ildə 220, 2007-ci il ərzində isə 575 dəfə pozulub. Ötən il cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 17 hərbi qulluqçusu həlak olub, 9 hərbçi isə yaralanıb. Xatırladaq ki, APA-nın apardığı monitorinqin nəticələrinə görə, 2007-ci il ərzində Qazax rayonu istiqamətində atəşkəs 49, Tovuzda 26, Tərtərdə 84, Ağdamda 202, Xocavənddə isə 68 dəfə pozulub.
| | |
|
FÜZULI RAYONUNDA 50 MVT GÜCÜNDƏ SES TIKILIR
Rəşad tarih 18.04.2008, 12:27 (UTC) | | Füzuli rayonunda, Yuxarı-Mil Suvarma kanalı üzərində 50 MVt gücündə Su Elektrik Stansiyasının (SES) inşasına başlanılıb. Bu barədə «Azərenerji» ASC-nin mətbuat xidməti məlumat yayıb.
Layihə çərçivəsində bəndin inşası, gücləndirici transformator və 110 kV-luq yüksək gərginlikli paylayıcı qurğulara malik 50 MVt-lıq su elektrik stansiyasının və həmçinin zəruri mühəndis kommunikasiyalarının (magistrala çıxan yollar, drenaj sistemi rabitə və s) tikintisi nəzərdə tutulur.
Qeyd edək ki, SES binasında hər birinin gücü 10 MVt olan 4 və hər birinin gücü 5 MVt olan 2 turbin yerləşdiriləcək. İstehsal edilən elektrik enerjisini enerjisistemə ötürmək üçün 2 km-ə yaxın 110 kV-luq elektrik verilişi xətti çəkiləcək. Eyni zamanda «Böyük Haramı» və «Xələc» yarımstansiyalarını birləşdirən 110 kV-luq xəttin yenidən qurulması həyata keçiriləcək. Bunlardan əlavə, 4 km uzunluğundan şlüz kanalı da çəkiləcək.
Anbarda 4 mln. kub metr həcmində su ehtiyatı yığılacaq və elektrik enerjisinin orta illik istehsalı 180 mln. kVt/saat həcmində olacaq.
Azərbaycanın «Azenko» şirkəti tərəfindən aparılacaq tikintinin 30 aya kimi başa çatdırılması nəzərdə tutulub.
Tikinti zamanı Füzuli rayonunun infrastrukturuna da diqqət yetiriləcək və stansiyanın tikintisində yerli işçi qüvvəsindən istifadə ediləcək. Stansiya istismara verildikdən sonra 120-yə yaxın daimi iş yeri açılacaq.
| | |
|
|
bu gün 82429 ziyaretçi (192794 klik) kişi burdaydı! |
|
|
|
|
|
|
|
ELAN |
|
|
|
|
|