www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
FORUM
=> Daha kayıt olmadın mı?

Hər şey vətən üçün

FORUM - salam

Burdasın:
FORUM => SİZCƏ İŞĞAL OLUNMUŞ TORPAQLARIMIZIN MÜHARİBƏ YOLU İLƏ AZAD OLUNMASI MÜMKÜNDÜRMÜ? => salam

<-Geri

 1 

Devam->


Azer
(simdiye kadar 1 posta)
28.10.2008 18:40 (UTC)[alıntı yap]
Bizim hərbi aviasiyamızın uçuşları bəs edir ki, ermənilər qaçsınlar. 2 il əvvəl Xocavənd və Ağdam istiqamətində bizim helikopterlər işğal altındakı ərazilərin üzərindən uçdu. Ermənilər vahimə içində idilər.

Məlumatlara görə, 2007-2009-cu illərdə HHQ-nin aviaparkı əlavə olaraq 29 ədəd «dördüncü nəsil» «MiQ-29» (Fulcrum), 20 ədəd «Tu-16» (bombadaşıyıcı təyyarəsi və 25 ədəd «Mi-24» zərbə helikopterləri ilə gücləndiriləcək. Eyni zamanda Pakistan və Çinin birgə istehsalı olan «JF-17» (Thunder) döyüş təyyarələrinin alınması da planlaşdırılır ki, bu təyyarələr indiyədək Azərbaycanda istifadə olunmayıb. Rəsmi Bakı İslamabaddan 24 ədəd «JF-17» qırıcısını almaq niyyətindədir. hər birinin qiyməti təxminən 16-20 milyon dollar təşkil edən bu təyyarələr Azərbaycana 2009-cu ilin sonunadək gətiriləcək.Kəmiyyət və keyfiyyət baxımından bu gün Cənubi Qafqazda Azərbaycan HHQ-i mühüm üstünlüyə malikdir. Ekspertlərin fikrincə, bunun əsas səbəbi Cənubi Qafqazda keçmiş Sovet ordusuna məxsus əsas aviabazaların Azərbaycanda yerləşməsidir. Müstəqillik əldə edəndən sonra Azərbaycanda Silahlı Qüvvələrin bu növünün inkişafına böyük diqqət yetirilib. Ötən dövrdə aviabazaların rekonstruksiyası ilə yanaşı yeni təyyarələr və helikopterlər alınıb. Xatırladaq ki, Azərbaycan hava qüvvələrinin imkanlarından hələ birinci Qarabağ müharibəsində müəyyən qədər yararlana bilib. 1992-ci ilin yay-payız ekspansiyalarında Dağlıq Qarabağdakı separatçı qüvvələrin əsas dayaq məntəqələrinin bombalanması, 1994-cü ilin yanvar-may aylarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin hücumlarının qarşısının alınması, Azərbaycan ordusunun əks-hücum əməliyyatlarına dəstək verilməsində HHQ-nin rolu böyük olub. bu da ermənilərin çoxlu sayda canlı qüvvə və texnika itirməsi ilə nəticələnib. Qeyd edək ki, bu döyüşlərdə Azərbaycan HHQ-i 7-dək müxtəlif təyinatlı təyyarə və helikopter itirib.
«Hərbi Hava Qüvvələrimizin bu günkü vəziyyəti, inkişaf tendensiyası müsbət qiymətləndirilməlidir. Bu gün Azərbaycan Cənubi Qafqazın hava məkanında şəriksiz üstünlüyə malikdir. Ötən ilin sonunda yeni təyyarələrin alınması bu inkişafın əyani göstəricisidir», - deyə hərbi ekspert, polkovnik İldırım Məmmədov qeyd edib.
Ekspertin fikrincə, Azərbaycanın bu gün hərbi aviaparkını yeniləşdirmək, hətta «F-22» və «F-35» kimi «beşinci nəisl» döyüş təyyarələrini almaq imkanı var: «Ermənistanın hava hücumundan müdafiə sistemlərini ciddi-cəhdlə gücləndirməsi vdə bu narahatçılıqdan irəli gəlir. Çünki ermənilər bir dəfə Azərbaycan aviasiyasının zərbəsini duyublar».
http://manevr.tr.gg/
Zamin
(şimdiye kadar 3 posta)
28.10.2008 18:45 (UTC)[alıntı yap]
Bu gün saat 11.30 radələrindən başlayaraq, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirməyə başlayıblar.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan Silahlı Qüvvələri təlimləri Ağdamın işğal olunmuş Uzundərə ərazisində keçirirlər.

Təlimlərdə iriçaplı silahlardan, zirehli texnikalardan və artileriya qurğularından istifadə olunur. Qoşun hissələrinin və texnikanın kalon şəklində hərəkəti düşmənin dislokasiya yerlərini dəyişməsindən də xəbər verir.

Cəbhə xəttinin yaxınlığındakı bütün ərazilərdə təlimlərdə istifadə olunan texnikanın səsi eşidilir. Top zərbələrindən binalarda silkələnmə hiss olunur.

http://az.apa.az/news.php?id=136502



Bütün konular: 6
Bütün postalar: 11
Bütün kullanıcılar: 55
Şu anda Online olan (kayıtlı) kullanıcılar: Hiçkimse crying smiley
 
bu gün 82440 ziyaretçi (192807 klik) kişi burdaydı!
ELAN  
   
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol