www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  => GÜLLƏ SƏDALARI ALTINDA YENI İL
  => Füzulililər böyük fədakarlıq göstərirlər
  => PREZİDENTİN ÇIXIŞI
  => Bir anın dəhşəti
  => Füzuli: bərpa və quruculuq işləri davam edir
  => O yerlərə bir də dönəcəyik...
  => Ombudsman Füzulinin “Qayıdış” qəsəbələrinə səfər edib
  => Qüdrət İsmayılzadə: “Ermənilərin Azıx mağarasında qazıntı aparmasından narahat olmağa dəyməz”
  => Füzuli düşmən qarşısında möhkəm sipərə çevrilib
  => Sakinlər Böyük Bəhmənliyə qəsəbə statusu verilməsini istəyirlər
  => Prezidentin Sərəncamı
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
Bir anın dəhşəti

Böyük Bəhmənli kəndi Füzuli rayonunun ən böyük yaşayış məntəqələrindən - kəndlərindən biridir. Füzuli şəhərindən 48 km. Cənubi-şərqdə yerləşir. Əhalisinin sayı 6852 nəfərdir. Əhali əsasən kənd təsərrüfatı ilə məşğuldur.

Bu kəndin tarixi çox qədimdir - bizim eradan əvvəlki iki min illiyə gedib çıxır. Bunu sübut edən bir sıra tarixi abidələr var. Arxeoloq və tarixçi Rəşid Göyüşov burada axtarışlar aparıb, kəndin keçmiş yerini müəyyən edib. Kəndin aşağı hissəsində “Qızıl baş” adlanan bir yer var. Bu da onu göstərir ki, qızılbaşlar burada yaşayıblar. Mərhum yazıçı Fərman Kərimzadənin “Xudafərin körpüsü” romanında bu yerlərin adları ticarət yolu kimi çəkilir. Kəndin adamları bütün tarixi proseslərdə həmişə fəal iştirak ediblər.

Qarabağ döyüşləri başlanandan bu günə kimi kənd cavanları birinci gündən döyüşə atılıblar, bütün döyüş bölgələrində qeyrətlə vuruşublar.

Böyük Bəhmənli kəndi 2 ay düşmənin əlində olub, lakin kəndin qeyrətli oğulları və Milli Ordunun əsgərləri qeyrətlə döyüşərək 6 yanvar 1994-cü ildə kəndi azad ediblər.

Qarabağ döyüşlərində Böyük Bəhmənli kəndində 29 hərbçi, 24 nəfər mülki şəxs şəhid olub. 3 nəfər mülki şəxs əsir düşüb. Ümumiyyətlə Qarabağ döyüşlərində Böyük Bəhmənli kəndindən 586 nəfər iştirak edib.

… 23 oktyabr 1993-cü ildə kənd qəbiristanlığında iki nəfəri dəfn etmək üçün 18 nəfər kənd adamlarından qəbir qazırdılar. Qəbiristanlıq kənddən 2-3 km. aralıda olduğundan onlar yedək qoşulmuş traktorla gedirdilər. Təxminən saat 10-11 olardı. Qəflətən Quruçay vadisindən bir erməni tankı göründü. Onun erməni tankı olmasını üstündəki xaçdan bilmək olardı. Bir qədər dayanıb havaya atəş açdı, bir neçə dəqiqədən sonra növbəti erməni tankı göründü. Onlar qəbiristanlığa atəş açdılar. Qoşqu və traktor yandı. 11 nəfər elə oradaca həlak oldu. Elə həmin gün ermənilər Horadiz-Daşburun yolunu kəsdilər. Yollarda olanların hamısını əsir götürdülər, maşınlarını apardılar.

Qeyd etdiyimiz kimi ermənilər Böyük Bəhmənli kəndində 2 ay qalıb, bu qısa vaxtda 120-ə qədər evi yandırıblar. Bundan başqa kənddə ermənilər xeyli izlər qoyub gedib. Məhv olmuş erməni tankları, erməni səngərləri, dəmir yol resləri üzərində izlər, kəndin girəcəyində olan yaraşlıqlı qapının tankla əzilməsi, qəbristanlıqda yandırılan qoşqu, traktor və s. göstərmək olar.

Kəşfiyyatçıların dediyinə görə ermənilər tankı dəmir yol relsi üzərində arxasında 5-10 boş dəmir çən bağlayıb sürürlərmiş ki, vahimə yaradıb ətraf kənddə olan camaatı qaçırsınlar.

Bu, bir kəndin faciəsidir. İnsanların uzun müddət qurub yaratdığı nə varsa bir günün içində məhv oldu, neçə-neçə insanı həyatına son qoyuldu, evlər yandırıldı, yollar dağıldı, kənd əhalisi pərən-pərən oldu, bir-birindən ayrı düşdülər, övladlarını itirdilər, evləri dağıldı, bir sözlə kənd faciənin qurbanı oldu.

Amma bu gün kənddə həyat yenidən bərpa olunur, dağılan evlər təmin edilir, qəhrəmancasına həlak olmuş kəndin övladları yad edilir, onların adlarına abidələr ucaldılır. Kənd xəstəxanası Mobil Kərimovun, orta məktəb Etibar Piriyevin, digər orta məktəb Allahyar Əliyevin adını daşıyır.

Bəli, şəhid ömrü həmişə dildə, eldə, dodaqlarda, ürəklərdə yaşayır, ölməzlik zirvəsində durur.

Məlumdur ki, mina partlaması nəticəsində hər bir zərərçəkən aldığı yaralara görə, xəstəxanaların cərrahiyyə şöbəsinə gətirilir. Belə xəstələr bəzən xəstəxanaya gətirilərkən, bəzən də hadisə yerində dünyasını dəyişir, ya da çox vaxt onların həyatını xəstəxananın özündə də xilas etmək olmur. 1992-ci ildən bu günə qədər mina partlaması nəticəsində 7 nəfər (bunlardan 3 nəfər 14 yaşına qədər uşaq, 4 nəfər yaşlılardır) Füzuli rayonu Böyük Bəhmənli kənd sakinləri, 5 nəfər isə Beyləqan rayonundan ( 2 nəfər 14 yaşına qədər uşaq, 3 nəfər isə yaşlıdır olanlardır. 12 nəfər xəstədən 6 nəfəri ölüb, 6 nəfər isə əlildir.

Mina partlaması zamanı zərərçəkənlər elə hala düşür ki, həmin insana yardım göstərən tibbi personal mənəvi sarsıntıya düşür.

Füzuli rayon Böyük Bəhmənli kəndi 2 aya yaxın erməni işğalçılarının əlində olub, onlar burda çoxlu sayda minalar basdırıblar. Kənd ermənilərdən azad edildikdən sonra traktorla iş görəndə, otlaqda heyvan otaranda və şəxsi həyətdə gəzərkən minaya düşmüş 7 nəfər yaralanıb ki, onlardan da 4 nəfəri hadisə zamanı ölüb. Beyləqan rayonunda olan hadisələr isə əsasən ermənilərlə sərhəd yerlərdə, Haramı adlanan sahələrdə baş verib. Mal-qara otararkən mina partlaması nəticəsində 5 yaralanıb, 2 nəfər hadisə yerində ölüb. Beyləqan Mərkəzi Rayon Xəstəxanasında 3 nəfər tibbi yardım göstərilib, onların həyatını xilas etmək mümkün olub.

İxtisasımla əlaqədar olaraq mina partlaması nəticəsində xəsarət alan şəxslər üzərində apardığım müayinələr, əməliyyatlar göstərir ki, müharibə bir an belə səngiməyib.

Həmin gün cərrahiyyə şöbəsində tam sakitlik idi. Heç bir hadisə olmamışdı. Bir anın içində elə bil şöbədə mina partladı. 23 yaşında cavan oğlan - Vəliyev Əhəd Yusif oğlu Mərkəzi rayon xəstəxanasının cərrahiyyə şöbəsinə gətirildi. O, tanınmaz vəziyyətə düşmüş, hər iki aşağı ətrafın - budun orta 1/3 - dən travmatik amputasiya olmuş, aralıq tam dağılmış, xəstə tam huşsuz hala düşmüşdü. Təcili tədbir görülməyə başladı. Bütün kollektiv toplandı, Respublika Sanitar Aviasiyasından xüsusi briqada gətirildi və müxtəlif variantlarda tədbirlər görüldü. Artıq gecə saat 4-də bütün televiziya kanalları olmuş hadisə haqqında məlumatlar verməyə başladılar. O, gündüz saat 18-30-da Xocavənd rayonu ərazisində ermənilərlə sərhəd zonasında tank əlehinə mal-qara otararkən atın üstündə minaya düşmüşdü. Xəstəyə ixtisaslaşmış tibbi yardım göstərildi, şokdan çıxdı və 21 mayda Bakı şəhərinə, akademik Mir Qasımov adına Respublika Klinik Xəstəxanasına göndərildi. Hal-hazırda xəstəxanada aparılan tədbirlərdən sonra xəstənin vəziyyəti kafidir.

… Niyə axı, insanlar bir-birinə belə qənim kəsiliblər? Ailəsinə bir tikə çörək aparmaq istəyən o gəncin görən, günahı nəydi? Məncə, bu sual bütün bəşəriyyəti düşündürməlidi.

Əyyub Məmmədov, “525-ci qəzet”, 19 iyun 2008

 
bu gün 82421 ziyaretçi (192785 klik) kişi burdaydı!
ELAN  
   
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol