GÜLLƏ SƏDALARI ALTINDA YENI İL
Ermənilər kənd sakinlərinə ölülərini dəfn etməyə imkan vermir
Atəşkəs imzalanmasına baxmayaraq 13 ildən artıqdır Ki, cəbhə xəttinin 1000 km-ə yaxın bir ərazisində – Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttində «nə hərb, nə sülh» vəziyyəti hökm sürür. Atəşkəsin tez-tez pozulması nəticəsində hər il tərəflər onlarla itki verir. Xüsusilə də əsas yüksəkliklərdə yerləşmiş Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən tez-tez açılan atəş nəticəsində cəbhəyanı kəndlərin mülki əhalisi də ziyan çəkir. Mülki əhalidən yaralanan, ölən olur, kənd təsərrüfatına böyük ziyan vurulur, mal-qara tələf edilir.
Bu gün cəbhə xəttində yerləşən yaşayış məntəqələrində atəş səsləri artıq adi həyat şəraitinin bir hissəsi sayılır. Bu kəndlərin sakinləri daha atəş səslərinə diksinmirlər. Heç uşaqları da bu səslərlə qorxutmaq mümkün deyil…
Qarabağ cəbhəsi Goranboydan Horadiz qəsəbəsinə qədər uzanır. Bu məsafədə qoşunların təmas xəttində elə bir ev, tikili tapmaq olmaz Ki, ona ziyan dəyməsin.
Daha ATƏT-in keçirdiyi monitorinqlər də təəccüblə və inamla qarşılanmır. Savadsız, çöldə gününü mal-qara otarmaqla keçirən kənd sakinləri belə bu monitorinqlərin əhəmiyyətsiz bir şey olduğunu düşünür. Deyirlər Ki, monitorinq zamanı «dinc dayanan» ermənilər onsuz da bunun əvəzini ATƏT nümayəndələri ərazidən gedən kimi çıxırlar.
Bakı – Horadiz qatarının bayram marşrutu
Bizim cəbhə xəttinə səfərlərimiz tez-tez olur. Bu dəfəki səfərimiz isə tamamilə fərqli bir dövrə 2007-2008-ci illərin kəsişdiyi – Yeni İl dövrünə təsadüf etdi.
Öncə dəmir yolu vağzalından başlamaq istəyirik. Bu gün ölkədə Ən ucuz və təhlükəsiz nəqliyyat vasitəsi qatar olduğundan rayona Bakı-Horadiz qatarı vasitəsi ilə getməli oldum. Qeyd edim Ki, bayram öncəsi rayonlara sərnişin daşıyan taksi maşınları gediş haqlarını birdən birə 50% bahalaşdırmışdı. Əvvəllər Horadiz şəhərinə bir sərinişini 8 manata aparan bu taksilər bayram öncəsi birdən birə qiyməti 15 manata qaldırdı. Bu da şübhəsiz Ki, böyük sərnişin kütləsinin yuxarıda qeyd etdiyimiz kimi Ən ucuz və təhlükəsiz nəqliyyat növü olan qatara üz tutmasına şərait yaratdı.
Düz 5 gün əvvəldən bilet almaq məqsədi ilə hər gün Bakı Dəmir Yolu Vağzalına getməli olduq. Hər dəfə vağzalın xəzinədarları dekabrın 30-31-nə olan biletlərin dekabrın 20-dən satıldığını bildirirdilər. Əlavə vaqonların isə qoşulub, qoşulmayacağı isə bəlli deyildi. Nəhayət Ki dekabrın 29-da sərnişin sıxlığını nəzərə alan Dövlət Dəmir Yolu ölkə daxili bir neçə istiqamətdə hərəkət edən qatarlara əlavə vaqonlar artırdı.
Bakıdan-Horadizə qədər 270 km bir məsafədə bayram günləri yol getməyin vaqonumzun bələdçisinin sözləri ilə ifadə etsək «böyük ləzzəti» varmış.
Bilet almağa bir qədər gecikdiyimizdən kupe deyil, plaskart vaqona yer ala bilmişdik. Dekabrın 30-u axşam yola çıxan bələdçilər, o cümlədən bizim vaqonun Elşən adlı bələdçisi heç də insafsız Adama oxşamırdılar. Bir nəfər sərnişini belə «yerdə qoymaq» istəmirdilər. Odur Ki, bütün plaskart vaqonlar yerlərinin sayından artıq sərnişin götürmüşdü. Plaskart vaqonların orta və künclərdəki (bakovoy adlanır) üçüncü mərtəbədəki yük yerləri belə sərnişinlərə satılmışdı. Saatlı rayonuna gedən bir sərnişin yük yerinə getmək üçün 3 manat yer haqqı verdirdi.
Əsl həngamə isə yolda baş Verdi. Sürətlə gedən qatar stansiyalarda, dayanacaqlarda sürətini qəfil azaldıb dayananda üçüncü mərtəbədə yatmış sərnişinlər yerə tökülməyə başlayırdı. Hətta üçüncü mərtəbədəki rəfdə yatmış bir sərnişin havasızlıqdan huşunu itirərək yerə yıxıldı. Sərnişinin başı digər oturacağın tininə dəydiyindən hüşunu itirdi və onu bələdçilər Saatlı stansiyasında qatardan düşürdülər. Nə isə bu minvalla birtəhər Horadizə yetişdik.
Cəbhədən cəbhəyə adlayaq…
Cəbhə xəttinin nə demək olduğunu bu ərazidə bir dəfə olmayan kimsə oldğu kimi təsəvvür edə bilməz. Yanmış evlər, sifətində üzgünlük, kədər olan insanlar, gününü səngərdə keçirdiyi üst-başındakı toz-torpaqdan bilinən əsgər və zabitlər, hər addımda rast gəlinən hərbi maşınlar bu ərazinin ümumi təsvirini yaradır.
Yanvarın 1-dən 2-nə keçən gecə
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində qəfil açılan atəş səsləri əvvəlcə bayramlarda Bakıda təşkil olunan atəşfəşanlığı xatırlatdı. Lakin atəş səslərinə birdən birə pulemyot səsləri qarışdı, güllələr istiqamətini dəyişərək həm Azərbaycan ordusunun mövqelərinə, həm də kəndin sakinlərinin yerləşdiyi istiqamətə doğru yağmağa başladı. Az keçməmiş Azərbaycan əsgərləri də atəş açmağa başladılar. Atışma bir saata yaxın davam etdiyindən qonağı olduğumuz ev sahibi bizə evdən çıxmağı məsləhət görmədi. Atəlan güllələrdən bir neçəsi elə biz qaldığımız evin damına və divarlarına dəymişdi.
Ərazidə xidmət edən Azərbaycan ordusunun adının çəkilməsini istəməyən zabitinin dediyinə görə, ermənilər dekabrın 31-də də gecə eyni ərazidə atəşkəsi pozublar. Yeni il gecəsi atışma düz 3 saata yaxın davam edib. Ermənilərin danışıqlarını ratsiya vasitəsi ilə tutulub. Məlum olub Ki, axşamkı döyüşdə 1 nəfər erməni əsgəri həlak olub, bir nəfər isə yaralanıb.
«Hər il yeni il bayramı günü gecənin yarısı sərxoş ermənilər bizi atəşə tuturlar. Hər dəfə də paylarını alırlar»,- deyə zabit bildirdi. Həmin gecəki döyüş zamanı xoşbəxtlikdən Azərbaycan əsgərləri arasında itki olmayıb.
«Danger mines!»
«Ehtiyatlı olun! Ərazi minalıdır». Bu məlumat lövhələrinə cəbhə kəndlərində demək olar Ki, hər yerdə rast gəlinir. Bununla belə gözlənilmədən, ağıla gəlməz ərazilərdə mina partlayışları baş verir.
Kənd sakinləri deyirlər Ki, tez-tez əraziyə erməni kəşfiyyatçılarının keçməsi haqda həyacan siqnalları verilir. Bu şəraitdə yaşamaq riskli olsa da sakinlər bundan qorxmurlar. «Biz əsgərlərimizə öz övladlarımız kimi inanırıq. Burada hamı bir-birinə dayaq durur. Nə isə bir hadisə baş verəndə camaat əsgərlərin, eləcə də əsgərlər bizim köməyimizə gəlirlər. İstənilən vaxt biz özümüz də silahlanıb əsgərlərimizlə bir yerdə döyüşə gedəəyik», - deyə Musa adlı yaşlı kənd sakini söyləyir. Musa kişinin sözlərinə görə, ərazidə Ən böyük problemlərdən biri də mina ilə bağlıdır. Döyüşlər zamanı hər iki tərəf ərazini minalayıb. Sonradan minalı ərazilərin xəritəsi itdiyindən azad edilmiş əraziləri tam təmizləmək mümkün olmayıb. O səbəbdən də tez-tez mina partlayışları baş verir. Əsgərlər və mülki sakinlər arasında yaralanan və ölənlər olur.
«Təəssüf olsun Ki, bu mina partlayışlarıın Ən çox qurbanı əsgərlərimiz olur. Dəfələrlə onlara məsləhət verir, minalanmış əraziləri anladırıq. Amma buna məhəl qoymayanlar da var».
Evi müharibədə yanmış Musa kişinin qoşunların təmas xəttinin qarşı tərəfinə keçmiş mal-qarasını ermənilərin b il əvvəl qovub aparıblar.
Müharibə eksponatı
Ərazidə birinci Qarabağ müharibəsindən yadigar qalmış bir neçə eksponat var. Bunlardan biri ermənilərin zirehli tankının qülləsidir. Bu qüllə tankın skletindən təxminən 50 metr aralıya düşüb. Döyüşlərdə iştirak etmiş əsgərlərin dediyinə görə, 1994-cü ilin fevral ayında əks-hücuma keçən ermənilər xeyli irəliləməyə nail olub. Lakin Azrbaycan aviasiyası bu döyüşdə əməliyyata qatılır. Hərbi təyyarələrimizdən birindən atılan raket tankın düz üstünə düşür. Nəticədə tank darmadağın olub. Texnikanın bir hissəsi də gövdəsindən ayrılaraq məhz bu əraziyə düşüb.
«Bir neçə dəfə dəmir yığanlar bu qülləni götürmək istmişlər. Lakin açıqlıq olduğundan ermənilər ora çıxanları atəşə tutur. Ona görə də kimsə ürək edib o tank qülləsini götürmək istəmir», - deyə Azər adlı kənd sakini bildirdi.
Ötən il cəbhə xəttində atəşkəsin Ən çox pozulduğu kəndlərdən olan Aşağı Əbdürrəhmanlı camaatının problemi bununla bitmir. Ev-eşikləri yandırılmış, dağıdılmış kənd sakinləri dünyasını dəyişən əzizlərini bir hissəsi azad edilmiş qəbristanlıqlarında dəfn edə bilmirlər. Qəbristanlığın üst hissəsində mövqe tutmuş düşmən dəfnə gələn mülki sakinləri gülləyə tutaraq imkan vermirlər. Sakinlərin dediyinə görə, bir neçə dəfə düşmən qəbristanlığa gələn şəxslərə meyidi dəfn etməyə imkan verməyib. Avtomat və pulemyot atəşi altına düşən sakinlər canlarını güc-bəla ilə qurtarıblar.
Bakı-Füzuli-Bakı