www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  => GÜLLƏ SƏDALARI ALTINDA YENI İL
  => Füzulililər böyük fədakarlıq göstərirlər
  => PREZİDENTİN ÇIXIŞI
  => Bir anın dəhşəti
  => Füzuli: bərpa və quruculuq işləri davam edir
  => O yerlərə bir də dönəcəyik...
  => Ombudsman Füzulinin “Qayıdış” qəsəbələrinə səfər edib
  => Qüdrət İsmayılzadə: “Ermənilərin Azıx mağarasında qazıntı aparmasından narahat olmağa dəyməz”
  => Füzuli düşmən qarşısında möhkəm sipərə çevrilib
  => Sakinlər Böyük Bəhmənliyə qəsəbə statusu verilməsini istəyirlər
  => Prezidentin Sərəncamı
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
Füzuli: bərpa və quruculuq işləri davam edir

Füzuli rayonu ərazisinin çox hissəsi ermənilər tərəfindən işğal edilib. Yerdə qalan yaşayış məntəqələri isə cəbhə xəttində yerləşir. Bu gün atəşkəs olsa da, normal şərait yaradılsa da, cəbhə xəttində yaşamaq psixoloji cəhətdən çətindir. Füzulililər dədə-babadan torpaqcanlı olublar. Füzuli rayonuna hər gəlişində bir yeniliklə rastlaşırsan, insanların əhval-ruhiyyəsinin yaxşılaşdığını görürsən. Bu işgüzarlıq və nikbin ovqat nəylə bağlıdır?
Rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarov bildirdi ki, respublikamızda uğurla həyata keçirilən və özülü ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sosail-iqtisadi inkişaf strategiyası insanların həyat tərzinə müsbət mənada dəyişikliklər gətirib. Prezident İlham Əlyevin regionlara səfərlər zamanı əhali ilə görüşləri, proqram xarakterli çıxışları respublikada sağlam mənəvi atmosferin yaranmasına səbəb olub. Respublikamızda işləmək, qurub-yaratmaq üçün mövcud olan şərait də əhalidə yüksək iş əhval-ruhiyyəsi doğurur.
Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı dövlət proqramında kənd təsərrüfatının, emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin inkişafını təmin etmək, əhalinin məşğulluq səviyyəsini yüksəltmək və güzəranını daha da yaxşılaşdırmaq kimi həlli vacib vəzifələr qarşıya qoyulmuşdur. Dövlət proqramında Füzuli rayonunda qarşıdakı illərdə bütün sahələrdə yüksək inkişafa nail olunması üçün kompleks tədbirlər nəzərdə tutulb və ardıcıl həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunun abadlaşdırılıması, tikinti-quruculq işlərinin görülməsi məqsədi ilə vəsait ayrılmışdır və təyinatı üzrə xərclənir. Hazırda Horadiz qəsəbəsində tarix-diyarşünaslıq muzeyi, gənclər evi tikilir, qəsəbə mədəniyyət evi əsaslı təmir olunur, Böyük Bəhmənli kənd mədəniyyət evində də təmir işləri aparılır. Rayondaxili yolların əsaslı və cari təmiri davam etdirilir.
Rayon iqtisadiyyatının başlıca sahələrindən olan kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet sahə hesab edilir. Ümumi məhsulun, demək olar ki, hamısı kənd təsərrüfatının payına düşdüyündən taxıl, şəkər çuğunduru, pambıq, bostan-tərəvəz, meyvə, qarğıdalı, heyvandarlıq məhsulları istehsalı və emalının artırılması proqramda mühüm yer tutur və bu baxımdan təxirəsalınmaz tədbirlər görülür.
1996-cı ildən başlayaraq rayonda aqrar islahat həyata keçirilməyə başlanılmışdır. İşğaldan azad olunmuş ərazidə bu vacib tədbir başa çatdırılmışdır. Kənd əhalisi torpaq payı almışdır. 200-dən artıq kəndli -fermer təsərrüfatı yaradılmışdır. İslahat nəticəsində sahibkarlıq hissi ilə çalışan rayon əhalisi məhsul istehsalını getdikcə artırır. Artıq kəndli torpağının sahibi, gördüyü işin və qazandığının yiyəsidir.
İşğaldan əvvəlki illərdə orta hesabla 18–20 min hektar taxıl əkilir və nəticədə 22–23 min ton məhsul götürülürdüsə, indi hər il 10 min hektara yaxın sahədə taxıl əkilir və 25–26 min ton məhsul əldə edilir. Məhsul istehsalının ilbəil artması göstərir ki, bu istiqamətdə görülən tədbirlər boşa çıxmayıb və bu işlərin arxasında real nəticələr durur. Məhsul istehsalının hər il artırılacağı nəzərdə tutulmuşdur ki, bu da dövlət proqramından irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə müşayiət olunacaq. Məhsuldarılığın yüksəlməsi, məhsul istehsalının artması yalnız taxılçılıqda deyil, digər sahələrdə də diqqəti cəlb edir. Ümumiyyətlə, rayonda kənd təsərrüfatının bütün sahələrində artım hiss olunur. Heyvanların baş sayı və məhsul istehsalı yüksəlir, bu mühüm ərzaq məhsuluna tələbat rayonun daxili imkanları hesabına ödənir. Hazırda rayonda 20 min başa yaxın qaramal, 62 min başdan çox qoyun-quzu vardır.
2006-cı ildə rayonda heyvandarlıq məhsulları istehsalı üçün sabiq “Qarabağ” kolxozunun heyvandarlıq kompleksində 11 ədəd tövlə özəlləşdirilsə də, maliyyə dəstəyi olmadığı üçün onlardan təyinatı üzrə istifadə olunmur. Bu isə heyvandarlığın inkişafına maneələr yaradır, iqtisadi göstəricilərin azalmasına səbəb olur. Heyvandarlıq məhsullarının realizə edilməsi ilə bağlı problemlərin həll olunması da bir vəzifə kimi qarşıda durur. Rayonda ət və süd məhsulları emalı üçün kiçik müəssisələr yaradılması nəzərdə tutulmuşdur. Lakin bəzən vəsaitsizlik ucbatından həmin işlər ləngiyir. Emal sənyesinin inkişafı üçün kreditlərin verilməsi sahənin dirçəlməsinə və inkişafına səbəb olardı. Emal sənayesi digər sahələrin də inkişafı üçün stimul rolunu oynayardı. Rayonda üzümçülüyün və meyvəçiliyin inkişafı nəzərdə tutulmuşdur. 700 hektar üzüm sahəsinin 400 hektarının suvarılması üçün kanal çəkilmişdir. Yaxın gələcəkdə bar verəcək bağların məhsulunun yerindəcə istehlak üçün hazırlanması və bazara çıxarılması, təbii ki, fermerlərin iqtisadi durumuna əsaslı kömək olardı.
Əhalinin rifahının yüksəldilməsi rayon rəhbərliyinin diqqət mərkəzindədir. Ötən il bu sahədə bir sıra tədbirlər həyata keçirilmişdir. Rayonda təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, işğal dövründə yandırılmış və dağıdılmış obyektlərin bərpa olunması, yenilərinin tikilməsi diqqət mərkəzində saxlanılmışdır. Erməni işğalçılarının dağıtdığı sosial obyektlərin, fərdi mənzillərin bərpası istiqamətində tədbirlər davam etdirilmişdir. Horadiz qəsəbəsində işğal zamanı yandırılmış 480 yerlik 2 saylı orta məktəbin, Böyük Bəhmənli kənd 2 saylı orta məktəbin binaları Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentlik tərəfindən istifadəyə verilmişdir. Bütövlükdə işğaldan sonra ərazidə 28 məktəb tikilmiş və ya bərpa olunmuşdur.
Respublika Prezidentinin sərəncamlarına uyğun olaraq, Haramı adlanan ərazidə salınmış 11 qəsəbədə məskunlaşmış 2200 ailə üçün 7 yeni orta məktəb binası tikilərək şagirdlərin ixtiyarına verilmişdir. 2007-ci ildə Aşağı Alıxanlı kəndində, quraşdırma evlər qəsəbəsində, Qarabulaq yaşayış məntəqəsində orta məktəb binaları tikiləcəkdir. 39 məktəbin əyani texniki vasitələrə, kimya və fizikaya dair kabinet avadanlıqlarına, kompüterlərə, linqafon kabinetlərinə ehtiyacı vardır ki, bunun üçün 2007-ci ildə vəsait ayrılmışdır. Rayonda səhiyyə obyektlərinin bərpası istiqamətində də işlər davam etdirilmişdir. 11 qayıdış qəsəbəsinin əhalisinə xidmət göstərmək məqsədi ilə 1 xəstəxana, 7 həkim məntəqəsi tikilmiş və istifadəyə verilmişdir. Bu il Horadiz qəsəbəsindəki xəstəxana binası bərpa olunacaq, Böyük Bəhmənli kəndində tikintisi 1990-cı ildən yarımçıq qalmış 50 çarpayılıq xəstəxana binasının tikintisi başa çatdırılacaq.
Dövlət proqramına uyğun olaraq rayonlararası və rayondaxili yolların bərpası və inkişaf etdirilməsi istiqamətində də xeyli iş görülmüşdür. Bəhrəmtəpə–Həkəri–Mincivan avtoyolunda 25 kilometr, Füzuli–Əhmədbəyli yolunda 2 kilometr yolda təmir və cari işlər aparılmışdır. Bala Bəhmənli, Araz Zərgar, Babı, Arayatılı kəndlərindəki avtomobil yollarının 5 kilometrində də təmir işləri görülmüşdür.
Hacıqabul – Bəhrəmtəpə – Mincivan avtoyolunun Daşburun girəcəyində 15 kilometr cari, Əhmədbəyli, Bala Bəhmənli, Aşağı Kürdmahmudlu kəndlərində, Horadiz qəsəbəsində yolların əsaslı və cari təmiri aparılmışdır. Bu il Böyük Bəhmənli, Arayatılı, Babı, Araz Dilağarda, Aşağı Yağlıvənd, Bala Bəhmənli kəndlərində də yolların çəkilməsi nəzərdə tutulmuşdur.
Ötən il rayonda aqrotexserviz xidmətinin təşkili də diqqət mərkəzində olmuşdur. TASİS proqramı çərçivəsində Əhmədbəyli kəndində Fermerlər Assosiasiyası yaradılmışdır və həmin qurum müvafiq kənd təsərrüfatı texnikası ilə təmin edilmişdir. Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyin xətti ilə Horadiz qəsəbəsində Aqroserviz yaradılmış və texnika ilə təchiz olunmuşdur.
Rayonda elektrik təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də əsaslı işlər görülmüşdür. Əhalinin enerji təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə müxtəlif ölçülərdə 36 transformatora və 5 kilometr uzunluğunda elektrik naqilinə ehtiyac vardır.
Yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması da diqqət mərkəzində olmuşdu. Mahmudlu-2 kəndində 6, Kürdmahmudluda 2, Alxanlıda 4, Arayatlıda 1, Babıda 1, Şükürbəylidə 2, Qış yatağında 2 quyu bərpa olunmuşdur. Kürdmahmudlu kəndində 1, Kərimbəylidə 1, Əhmədalılarda 1, Mahmudlu yatağında 1, Aşağı Kürdmahmudlu kəndində 1, Böyük Bəhmənlidə 1, Aşağı Mollaməhərrəmlidə 1 yeni quyu qazılmış, 34 nasos, 3 transformator, 10 şit təmir olunmuşdur. 3 artezian su nasosu təzəsi ilə əvəz olunmuş, 18 su nasosu təmir edilərək istifadəyə verilmişdir.
Məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq istiqamətində də bir sıra həlli vacib tədbirlər davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə Füzuli rayonunda abadlıq işlərinin aparılması üçün ayrılmış vəsaitlə Horadiz qəsəbəsində küçə işıqlandırılması bərpa edilmiş və yenidən qurulmuş Horadiz qəsəbəsinin dəmir yolu vağzalından Neftbazayadək olan hissədə 8080, Əhmədbəyli – Alıxanlı avtomobil yolunda 6920, Horadiz – Əhmədalılar avtomobil yolunda 6160, Horadiz qəsəbəsindəki parkın ətrafında 8980, ANAMA-dan Əhmədalılar kəndinin içi ilə gedən yolda 3300, rayon icra hakimiyəti ilə Sərhəd girişinə qədər olan yolda 3300, Bakı Horadiz, Bala Bəhmənli–Əhmədbəyli dörd yol ayrıcında 6980 kvadratmetr asvalt-beton örtük salınmışdır.
Horadiz qəsəbəsindəki park təmir edilmiş, ətraf abadlaşdarılmışdır. Şəhidlərin xatirə abidə kompleksinin ətrafında 1000 kvadratmetr asvalt-beton örtük salınmışdır. Mədəniyyət evinin və ikimərtəbəli gənclər evinin əsaslı təmiri aparılmışdır. Qırna yaşayış məntəqəsindəki giriş yoluna 8790 kvadratmetr çınqıl yayılmış, Seyidəhmədli–Şükürbəyli–Babı avtomobil yolunda 4500 kvadratmetr asvalt-beton örtük çəkilmişdir. Horadiz qəsəbə orta məktəbinin giriş yolunda 4500, 2 saylı orta məktəbin giriş yoluna 1500 kvadratmetr asvalt-beton örtük döşənmişdir.
Göründüyü kimi, Füzuli rayonu həm tikinti-quruculuq və abadlıq işlərinə, həm də sosial-iqtisadi inkişafın parametrlərinə görə artıq qabaqcıl rayonlardan birinə çevrilməkdədir. Müharibənin fəsadları aradan qaldırıldıqca, əhali mənəvi-psixoloji cəhətdən yeni inkişaf dövrünə uyğunlaşdıqca, kəndli əkdiyinin, sahibkar istehsal etdiyinin nəticəsini gördükcə, inkişaf da sürətlənir. İndi əhalinin bir arzusu var: işğal altında olan torpaqların qaytarılması. Onlar bu istiqamətdə ölkə rəhbəri İlham Əliyevin apardığı siyasəti dəstəkləyir, məhz onun apardığı düzgün siyasət nəticəsində doğma torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırlar.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”






Bu sayfa hakkında yorum ekle:
İsminiz:
Mesajın:
bu gün 58311 ziyaretçi (129480 klik) kişi burdaydı!
ELAN  
   
Reklam  
   
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=