www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  => GÜLLƏ SƏDALARI ALTINDA YENI İL
  => Füzulililər böyük fədakarlıq göstərirlər
  => PREZİDENTİN ÇIXIŞI
  => Bir anın dəhşəti
  => Füzuli: bərpa və quruculuq işləri davam edir
  => O yerlərə bir də dönəcəyik...
  => Ombudsman Füzulinin “Qayıdış” qəsəbələrinə səfər edib
  => Qüdrət İsmayılzadə: “Ermənilərin Azıx mağarasında qazıntı aparmasından narahat olmağa dəyməz”
  => Füzuli düşmən qarşısında möhkəm sipərə çevrilib
  => Sakinlər Böyük Bəhmənliyə qəsəbə statusu verilməsini istəyirlər
  => Prezidentin Sərəncamı
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
Prezidentin Sərəncamı
Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü ilin yanvar ayında erməni işğalından azad edildikdən sonra Horadiz şəhəri də daxil olmaqla, bütün ərazilərdə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmışdır. 4300-ə yaxın ailə üçün 16 yeni qəsəbə salınmış, 13 ümumtəhsil məktəbi, 13 uşaq bağçası, 2 xəstəxana, 10 tibb məntəqəsi tikilmiş, ümumi uzunluğu 300 km olan yeni yollar inşa edilmiş, qaz, elektrik xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri icra edilmişdir. Ölkəmizin müxtəlif yerlərində məskunlaşmış rayon sakinlərindən 70 min nəfəri həyata keçirilən bu tədbirlər nəticəsində bilavasitə cəbhə xəttində yerləşən doğma torpaqlarına qayıtmışdır və bu gün də düşmənlə üz-üzə, rayonun sosial-iqtisadi inkişafı üçün əzmlə çalışır.

2003-cü illə müqayisədə ümumi məhsul buraxılışı 2,4 dəfə, sənaye məhsulu 5,9 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 2,0 dəfə artmış, Su Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi, Tibbi Diaqnostika Mərkəzi, “Muğam evi”, Şahmat Məktəbi, Gənclər Mərkəzi və digər sosial yönümlü obyektlər tikilmiş, iri kənd təsərrüfatı və sənaye müəssisələri yaradılmış, 3 mindən çox yeni iş yeri açılmış, Horadiz şəhəri də daxil olmaqla, 19 yaşayış məntəqəsi qazlaşdırılmışdır.

Daha 16 qəsəbənin qazlaşdırılması ilə əlaqədar müvafiq tədbirlər görülür.

Horadiz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2012-ci il.






Bu sayfa hakkında yorum ekle:
İsminiz:
Mesajın:
bu gün 59256 ziyaretçi (131539 klik) kişi burdaydı!
ELAN  
   
Reklam  
   
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=