www.fuzulim.tr.gg
 
  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  REPORTAJ
  => GÜLLƏ SƏDALARI ALTINDA YENI İL
  => Füzulililər böyük fədakarlıq göstərirlər
  => PREZİDENTİN ÇIXIŞI
  => Bir anın dəhşəti
  => Füzuli: bərpa və quruculuq işləri davam edir
  => O yerlərə bir də dönəcəyik...
  => Ombudsman Füzulinin “Qayıdış” qəsəbələrinə səfər edib
  => Qüdrət İsmayılzadə: “Ermənilərin Azıx mağarasında qazıntı aparmasından narahat olmağa dəyməz”
  => Füzuli düşmən qarşısında möhkəm sipərə çevrilib
  => Sakinlər Böyük Bəhmənliyə qəsəbə statusu verilməsini istəyirlər
  => Prezidentin Sərəncamı
  KƏNDLƏRİMİZ
  KEÇMİŞİMİZ
  MÜHARİBƏ
  MİLLİ QƏHRƏMANLARIMIZ
  ŞƏKİLLƏR
  ƏLAQƏ
  ZİYARƏTÇİ SƏHİFƏSİ
  SAYĞAC
  FORUM
  STATİSTİKA
  GİRİŞ
  ZƏRURİ MƏLUMATLAR
  QALAREYA
Füzulililər böyük fədakarlıq göstərirlər

Füzulililər böyük fədakarlıq göstərirlər

 

Dövlət başçısının bu bölgəyə səfəri bayram ovqatı yaradıb

Bahar Qarabağa füsunkar görkəm verib. Yamaclar zümrüd libasa bürünüb. Meyvə ağacları al-əlvan çiçəklərdən başına çətir tutub. Füzulinin builki baharı daha gözəldir. İndi bu bölgədə bahar sevincinə, yaz fərəhinə xoş bir ovqat da əlavə olunub. Prezident İlham Əliyev aprelin 18-də Füzuliyə səfər etdi, rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşlər keçirdi, müasir tələblərə cavab verən tibb mərkəzinin, su elektrik stansiyasının təməlini qoydu, yeni məktəbin açılışında iştirak etdi, uzun illərdən bəri çadır düşərgələrində ağır şəraitdə yaşayıb zillət çəkən, dövlət başçısının qayğısı sayəsində yeni salınmış Zobucuq qəsəbəsində işıqlı və rahat mənzillər alan məcburi köçkünlərlə görüşdü.
Bu tarixi səfərdən cəmi bir neçə gün keçir. Füzuli rayonunun camaatı hələ də bu səfərin oyatdığı xoş ovqatla yaşayır. Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə şəhər statusu almış Horadiz hələ də başdan-başa bayram libasındadır. Bayram görüntüsü təkcə küçələrin, meydanların bəzəyində, bayraqlarla, şüar və transparantlarla bəzədilmiş yolların, yaraşıqlı binaların görkəmində deyildir. Bu gün Füzulidə kimi dindirsən, səninlə xoş və səmimi ünsiyyət qurar. Xoş ovqat ürəklərdə fərəhə, gözlərdə sevincə çevrilib. Füzulidə ilk müsahibimiz Horadiz şəhər sakini Oruc Bayramov oldu. Siravi müəllim işləyən Oruc Bayramov fikirlərini həvəslə bölüşdü:
- Doğrusu, dövlət başçısının hər səfəri həmişə fərəhli hadisəyə çevrilir, uzun müddət söz-söhbətin əsas mövzusu olur, xatirələrdə yaşayır. Bax, sizinlə dayanıb söhbət etdiyimiz Horadiz qəsəbəsini Ermənistan silahlı qüvvələri işğal etmişdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük sərkərdəlik qabiliyyəti, prinsipiallığı və qətiyyəti sayəsində düşməni bu yerlərdən qovub çıxardıq. 1994-cü ilin əvvəllərində Horadiz qəsəbəsi də daxil olmaqla 22 yaşayış məntəqəsi düşmən işğalından azad edildi. Tamamilə darmadağın edilmiş Horadiz qəsəbəsi və çox sayda kəndlər indi yenidən qurulmuşdur. Şəhər adı verilmiş Horadiz bu gün gözəl görkəmi ilə ürək açır. Biz ziyalılar çox şeyin şahidiyik. Xalqımızın ümummilli lideri Heydər Əliyev o ağır günlərdə, o dəhşətli tarixi məqamda hakimiyyətə qayıtmasaydı, hansı bəlalarla üzləşəcəyimizi təsəvvür etmək çətin deyil. Hər yerdə olduğu kimi, hakimiyyətsizliyin, zəif rəhbərliyin yaratdığı xaos, anarxiya, özbaşınalıq Füzulidə də tüğyan edirdi. AXC-Müsavat çütlüyünün kreslo ehtirasları torpaqların taleyini, qırılıb-çatılan insanların həyatlarını arxa plana keçirmişdi. 1993-cü ilin ortalarından başlayaraq Füzuli rayonunun tamamilə işğala məruz qalması gerçəkləşdi. Belə bir ağır zamanda hakimiyyətə gələn ulu öndər xalqa müraciət etdi. Döyüş bölgəsinə, ön xəttə gəlib döyüşçüləri qələbəyə ruhlandırdı. Ulu öndər Heydər Əliyevin Füzuli bölgəsinə gəlişi əsaslı dönüşün başlanğıcı oldu. Düşmənlər bu yerlərdən qovulub xeyli geri otuzduruldu. Bütün bunları təsadüfən xatırlamıram. Biz ziyalılar yaxın keçmişin canlı şahidləriyik. Füzuli camaatı Heydər Əliyevə çox borcludur. Bugünkü əmin-amanlığımız, firəvan həyatımız məhz ulu öndərin adı ilə bağlıdır. Hamının sevimlisi olan Prezident İlham Əliyevlə burada, Horadizdə görüşəndə qəlbimdən xoş duyğular keçirdi. Olanları xatırladım, bu günə şükürlər etdim. Şükürlər etdim ki, dövlətimizin sükanı etibarlı əllərdədir. Möhtərəm İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasəti bu gün uğurla davam etdirir. Bütün azərbaycanlıların Prezidenti olacağını vəd edən cənab İlham Əliyev indi xalqın bütün təbəqələrinin sevimlisinə çevrilmişdir. Bu, gəlişigözəl xoş sözlər deyil. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını vaxtından bir il əvvəl müvəffəqiyyətlə yerinə yetirən, Azərbaycanı bütün dünyaya tanıdan, ölkəmizin iqtisadiyyatını dinamik şəkildə inkişaf etdirən, xalqın həyat səviyyəsini yüksəltməyə nail olan, hər bir vətəndaşa qayğı və diqqət göstərən Prezident İlham Əliyev sözü ilə əməli bir olan rəhbərdir. Biz inanırıq ki, dövlət başçısının Füzuliyə budəfəki səfərindən sonra rayonumuzun inkişafı daha da sürətlənəcək. Burada sosial problemlər uğurla həll olunacaq, həyat şəraitimiz daha da yaxşılaşacaq.
Prezident İlham Əliyev Füzuliyə səfəri zamanı burada görülmüş genişmiqyaslı abadlıq-quruculuq işlərindən məmnun qaldı. Füzuli camaatının əzmkarlığını, vətənpərvərliyini yüksək qiymətləndirən Prezident İlham Əliyev dedi: "Mən çox şadam ki, burada işlər çox yaxşı gedir, abadlıq, inkişaf var. Daha da sürətlə getməlidir və Füzuli rayonunun inkişafına xüsusi diqqət göstərilməlidir. Siz düşmənlə üz-üzə yaşayırsınız. Sizin kəndlərinizin bir hissəsi təmas xəttinə lap yaxınlıqda yerləşir. Yəni burada yaşamaq böyük cəsarət tələb edir, böyük fədakarlıq, vətənpərvərlik tələb edir. Bütün bu təhlükələrə baxmayaraq, siz burada öz doğma torpaqlarınızda yaşayır, yaradır, bu yerləri abadlaşdırır, uşaqları böyüdürsünüz, Azərbaycanı inkişaf etdirirsiniz. Ona görə siz böyük hörmətə layiq olan insanlarsınız. Bütün Azərbaycan ictimaiyyəti bunu bilməlidir və bilir.
Mən buraya çoxdan gəlmək istəyirdim, ancaq eyni zamanda istəyirdim ki, buraya gələndə yaxşı, xoş tədbirlərdə iştirak edək. Bu gün belə tədbirlər baş verəcək - qəsəbələrin açılışıdır, sosial obyektlərin təməlqoymasıdır. Həm tibb mərkəzinin, həm də elektrik stansiyasının təməlinin qoyulması bu bölgənin abadlaşmasına böyük dəstək olacaqdır."
Aprelin 22-də rayon ictimaiyyətinin nümayəndələri Horadiz şəhər mədəniyyət evinə toplaşmışdılar. Tədbirin əsas məqsədi Prezident İlham Əliyevin Füzuliyə səfərinin yekunlarını müzakirə etmək, başlamış abadlıq-quruculuq işlərinin sürətini daha da artırmaq üçün zəruri tədbirlər müəyyənləşdirmək idi. Yığıncaq iştirakçıları dövlət başçısı İlham Əliyevə müraciət qəbul etdilər. Yığıncaqda çıxış edənlər Füzuli rayonunun inkişafına göstərdiyi böyük qayğı və diqqət üçün İlham Əliyevə sonsuz minnətdarlıqlarını dönə-dönə dilə gətirdilər. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov rayon camaatının fikrini ifadə edərək bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə Füzuliyə xüsusi münasibət bəsləmiş, böyük qayğı göstərmişdir. Füzulililər bu qayğını bu gün də hiss edirlər. Ulu öndər Heydər Əliyevin başladığı möhtəşəm quruculuq işlərini Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Biz bu gün də Füzuliyə çox isti münasibəti görür və bunu yüksək qiymətləndiririk. Möhtərəm Prezident Füzulidə olarkən burada görülən işlərdən razı qaldı. Eyni zamanda tövsiyə etdi ki, tikinti-quruculuq işlərini daha da sürətləndirmək lazımdır. Bu məqsədlə vəsait ayıracağını da bildirdi. Həmişə sözü ilə əməli bir olan Prezident Füzulidən qayıdandan sonra "Beyləqan və Füzuli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzaladı. Həmin sərəncamla Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Beyləqan və Füzuli Rayon İcra Hakimiyyətlərinin hər birinə 2 milyon manat məbləğində vəsait ayırdı. Füzulidə müasir tələblərə cavab verən tibb mərkəzinin, Su elektrik stansiyasının və olimpiya idman mərkəzinin tikintisinə başlanılması bölgə üçün böyük iqtisadi və sosial əhəmiyyətə malikdir.
Qədirbilən Füzuli camaatı dövlət başçısının bu qayğısını hədsiz minnətdarlıqla, eyni zamanda böyük ruh yüksəkliyi ilə qarşılayır. Hər şey qarşılıqlıdır. Prezident İlham Əliyev Qarabağa, Füzuli rayonuna böyük qayğı göstərir, onun inkişafını sürətləndirmək üçün qərarlar qəbul edir, göstərişlər verir. Qarabağ camaatı, Füzuli sakinləri isə dövlət başçısının ətrafında daha sıx birləşir, onun siyasətini birmənalı şəkildə dəstəkləyir və müdafiə edirlər. Təsadüfi deyil ki, bu ilin payızında keçiriləcək prezident seçkilərində qarabağlılar öz seçimlərini artıq etmişlər.
Cəbhə bölgəsi olan Füzuli rayonu həmişə dövlət başçısının diqqət mərkəzindədir. Prezidentin ötən ilin sonunda imzaladığı sərəncama əsasən, Füzuli rayonu ərazisinə təbii qazın verilməsi sahəsində işlər sürətlənir. İçməli su xətləri çəkilir. Müharibədə dağılmış 1500 evin bərpa olunması, orta ixtisas məktəbinin açılması, 30 subartezian quyusunun qazılması, yeni istehsal sahələrinin yaradılması, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində işlər müvəffəqiyyətlə davam etdirilir.
Füzulidən olan məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün dövlət başçısının tapşırığı əsasında zəruri infrastruktura malik 4211 ailəlik 16 qəsəbə salınmış, 9 məktəb binası, 8 tibb müəssisəsi tikilmiş, 21 məktəb binası və 11 tibb müəssisəsi bərpa olunmuşdur. İşğal zamanı dağıdılmış və yandırılmış 4000-ə yaxın ev əsaslı şəkildə bərpa olunaraq yenidən əhalinin istifadəsinə verilmişdir. Zobucuq qəsəbəsində yeni mənzil alan Tərlan Süleymanov dövlət başçısının ünvanına minnətdarlıq dolu fikirlərini həvəslə dilə gətirdi:
- On ildən artıq bir vaxtda Sabirabad rayonundakı Qalaqayın çadır düşərgəsində qışın qarlı-şaxtalı, yayın yandırıb yaxan günlərində olmazın zülmlərini görmüş, kipriyimizlə od götürmüşük. Sağ olsun dövlətimizin başçısı İlham Əliyevi. Onun qayğısı sayəsində minlərlə məcburi köçkün ailəsi kimi, biz də məişət rahatlığına qovuşmuşuq. İndi insan kimi yaşayırıq, doğma torpaqdayıq, doğma yurdun havası başqa şeydir. Evimiz çox rahatdır. Suyumuz, həyətyanı sahəmiz var. İşıq fasiləsiz yanır. Ancaq lap şah kimi yaşasaq da, heç nəyə ehtiyacımız olmasa da, doğma yurdumuzun həsrətini çəkirik. İnanırıq ki, tezliklə bu üzüntümüzə də son qoyulacaq. Bütün camaatımız əmindir ki, Prezident İlham Əliyev hansı yolla olursa-olsun, istər sülh, istər müharibə yolu ilə, torpaqlarımızı erməni faşistlərinin işğalından azad edəcək.
Füzulidə çox adamla görüşdük. Müxtəlif təbəqədən olan insanların təəssüratını dinlədik. Qarabağ müharibəsi veteranı Əlizadə Abbasov, şəhid anası Ülkər Məmmədova, kəndli fermer təsərrüfatının başçısı Yusif Hüseynov, məktəbli İlkin Arifzadə Prezident İlham Əliyevin Füzuliyə səfərinin əsl bayram ovqatı yaratdığından söhbət açdılar. Hər kəsdə aydın sezilən yüksək əhval-ruhiyyə xalqla rəhbər arasında səmimi bağlantının olduğunu, xalqın öz rəhbərinə hədsiz məhəbbət bəslədiyini açıq-aydın şəkildə göstərirdi.

Lazım QULİYEV
«Azərbaycan» qəzeti





Bu sayfa hakkındaki yorumlar:
Yorumu gönderen: Ferid, 19.08.2010, 11:30 (UTC):
Arasdirmalariniza davam edin.
Allah komeyiniz olsun. Ramazan ayiniz mubarek..



Bu sayfa hakkında yorum ekle:
İsminiz:
Mesajın:
bu gün 58311 ziyaretçi (129464 klik) kişi burdaydı!
ELAN  
   
Reklam  
   
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=